Sizin Reklam Burada
Xəbər lenti
22-01-2025
21-01-2025
BÜTÜN XƏBƏRLƏR

Pensiya və maaşlar artacaq - Deputat

Tarix: 16-10-2023 18:38     Baxış: 3376 A- / A+


   
“Mühasibat uçotu haqqında” qanuna dəyişiklik pensiya və maaşların artırılması üçün yeni maliyyə bazasının yaradılmasına imkan verəcək.
Manevr.az xəbər verir ki, bunu Trend-ə Milli Məclisin deputatı Vüqar Bayramov deyib.
O qeyd edib ki, qanuna dəyişikliyin məqsədi bütün kağız məlumatların elektron daşıyıcılara köçürülməsidir.
“Artıq elektron qaydada mühasibatlığın aparılması məcburi olacaq. İlkin gözləntilər ondan ibarətdir ki, bu qanun kölgə iqtisadiyyatının azalmasına səbəb olacaq və büdcə gəlirlərinin artmasına təsir göstərəcək. Bu da pensiya və əmək haqqlarının artırılması üçün maliyyə imkanlarını genişləndirəcək. Yəni maliyyə vəsaitinin artması pensiya və əmək haqqlarının artırılması üçün yeni maliyyə bazasıdır və sosial proqramlara daha çox vəsaitin ayrılmasına imkan yaradacaq. Eyni zamanda büdcə gəlirlərinin daha dayanıqlı olmasına şərait yaradacaq”, - deyə V.Bayramov əlavə edib.
Qeyd edək ki, “Mühasibat uçotu haqqında” qanuna təklif edilən dəyişikliyə əsasən, aşağıdakı mühasibat uçotu subyektlərində mühasibat uçotu elektron formada aparılmalıdır:
- iri sahibkarlıq subyektlərində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi mərhələlərə uyğun olaraq orta sahibkarlıq subyektlərində
- qanunla təsdiq edilmiş hasilatın pay bölgüsü, əsas ixrac boru kəməri haqqında və digər belə sazişlər və ya qanunlar, o cümlədən neft və qaz haqqında, ixrac məqsədli neft-qaz fəaliyyəti haqqında qanunlar çərçivəsində fəaliyyət göstərən vergi ödəyicilərində;
- illik maliyyə hesabatlarını və ya birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını bu Qanuna uyğun olaraq dərc etməli olan publik hüquqi şəxslərdə.
Qanuna dəyişiklik Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsin oktyabrın 13-də keçirilən iclasında müzakirə edilərək plenar iclasa tövsiyə edilib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar