Xəbər lenti
“Huzoor” mobil tətbiqi niyə vacibdir? - Azərbaycan dilində yaradılan ilk meditasiya tətbiqinin faydası
İnsanlar daim harasa tələsir. Küçədə gördüyümüz adamların yarıdan çoxu fikirli gəzir.
Kimsə pulsuzluqdan əziyyət çəkir, kimsə işlərinin düz getmədiyindən...
Amma fikirli gəzmək, stres yaşamaq, üzləşdiyi problemi günlərlə özünə yük eləmək insanı çətinlikdən xilas etmir. Əksinə, ruhi yorğunluq, diskomfort gətirir, problemi problemə calayır.
Nə vaxta qədər?
...Artıq Avropa ölkələrində bu kimi problemlərin həlli yolunu tapıblar. Xüsusən “Covid19” pandemiyasından sonra meditasiya mobil təbiqi dəbə düşüb.
Elmi nəticələrə əsaslanan meditasiya insanlara öz üzərində çalışmaqla daxili rahatlıq bəxş etmək üçün yaradılıb. Meditasiyadan istifadə etmək insanı stresdən qoruyur, yuxunu yaxşılaşdırır, təşviş hissini uzaqlaşdırır. Müasir elmi araşdırmalar meditasiyanın insanın mental sağlamlığına faydasını dəfələrlə sübut edib.
Azərbaycan dilində yaradılan ilk meditasiya mobil tətbiqi “Huzoor” adlanır. Bu tətbiqi telefona yükləməklə bir çox problemlərin həllinə nail olmaq mümkündür. Gündəlik məişət qayğılarından, gərgin həyat tərzindən bir anlıq ayrılıb gündə heç olmasa 5-10 dəqiqəni özünüzə həsr etməklə həyatınızı dəyişə bilərsiniz. Bu işdə “Huzoor” mobil tətbiqi ən yaxın köməkçiniz ola bilər.
Mobil tətbiqdə müxtəlif mövzularda meditasiyalar, yuxu hekayələri, mental sağlamlığa xidmət edən fərqli mövzularda təlimlər və s. yer alıb. Burda səsləndirilən hekayələr məxsusi olaraq mobil tətbiq üçün yazılıb. Təqdim edilən milli musiqi nümunələri də meditasiya üçün işlənib.
Meditasiyadan istifadə etməklə:
- öz neqativ emosiya və fikirlərinizə fərqli bucaqdan yanaşmaqla təşviş hissindən zamanla azad olursunuz;
- stresli anlarda emosiyaları düzgün idarə edə bilirsiniz;
- yuxuya getməyi asanlaşdırırsınız;
- hətta ən kiçik uğurların fərqində olmağa alışmaqla şükranlıq hissi keçirirsiniz.
Yaxın gələcəkdə tətbiqdə uşaqlar üçün də xüsusi bölmə yer alacaq və burada uşaqlara daxili rahatlıq gətirən pozitiv yuxu nağılları səsləndiriləcək. Bu nağıllar vasitəsilə balaca istifadəçilərə minnətdarlıq, şəfqət, özünəsevgi, özgüvən hissləri aşılanacaq və onların daha rahat, pozitiv notlarla yuxuya getməsinə kömək edəcək.
“Huzoor” mobil tətbiqinə qoşulmaqla həyatınızı dəyişə bilərsiniz.
“Huzoor” mobil tətbiqini Play Market və App Store üzərindən yükləyə bilərsiniz.
“Huzoor” mobil tətbiqinə Premium üzv olan istifadəçilər həm də həftədə bir dəfə meditasiya müəlliminin keçdiyi canlı təlimdən yararlana bilər. “21 gündə daxili hüzura nail ol” adlı ilk təlim oktyabr 20-də Bakı vaxtı ilə saat 21.00-da başlayacaq.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar