Xəbər lenti
“Nitqin sənin kimliyindir!” layihəsinin təqdimatı keçirilib -ŞƏKİLLƏR
12 oktyabr 2023-cü il tarixdə İsmayıllı Rayon Qoşakənd kənd tam orta məktəbində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin "Təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant müsabiqəsi"nin “Ümumi təhsil müəssisələri” kateqoriyası üzrə qalib gəlmiş “Nitqin sənin kimliyindir” adlı layihənin təqdimat mərasimi keçirilib.
“Nitqin sənin kimliyindir” adlı layihə çərçivəsində təşkil olunmuş tədbirdə məktəbin müəllim və şagird kollektivi, layihə rəhbəri, layihə üzrə ekspert və təlimçilər iştirak edib.
Layihə rəhbəri, İsmayıllı Rayon Qoşakənd kənd tam orta məktəbinin direktoru Ziyəddin Mövlamov layihənin məqsədi və layihə çərçivəsində həyata keçirilən işlər barədə ətraflı məlumat verib. Qeyd edib ki, "Layihə çərçivəsində təhsilalanların nitq və ünsiyyət yönümlü bacarıqlarının inkişaf etdirilməsi, nitq prosesində çıxış fobiyasını, həmçinin müxtəlif nitq problemlərini aradan qaldırmaqla gözəl diksiyaya, səlis nitq qabiliyyətinə malik şagirdlərin yetişdirilməsi əsas hədəf kimi nəzərdə tutulub". O, həmçinin layihə çərçivəsində 5 ay müddətində Qoşakənd kənd tam orta məktəbində maarifləndirmə işlərinin aparılacağını, bədii qiraət bacarıqları olan 20 nəfər şagirdin seçilərək məktəbdə yaradılacaq "Natiqlik və diksiya" dərnəyində təlimlərə cəlb ediləcəyini vurğulayıb.
Daha sonra çıxış edən layihə üzrə ekspert, Uşaq Gənclər İnkişaf Mərkəzinin təşkilatçısı Kifayət Xalıqova, təlimçilər – məktəb psixoloqu Adil İskəndərov və sinifdənxaric və dərsdənkənar işlər üzrə təşkilatçı Şəlalə Abbasova layihənin əhəmiyyətindən söz açıblar. Bildirilib ki, layihə çərçşivəsində təşkil olunacaq “Natiqlik sənəti nədir?”, "Natiqlik sənətinin incəlikləri", "Diksiya nədir?”, "Aydın diksiya nə üçün vacibdir”, "Jest və mimika", "Bədən dili" adlı seminarlarda dərnək üzvlərinin yaradıcılıq potensialı inkişaf etdiriləcək, səlis nitqə, gözəl diksiyaya və ifadəli oxu bacarıqlarına malik şagirdlər yetişdiriləcəkdir. Dərnək üzvləri müxtəlif mövzularda təqdimatlar hazırlayaraq təqdim edəcəklər. Sonda tədbir iştirakçıları ilə mövzu ətrafında fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Manevr.az

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar