Sizin Reklam Burada
Xəbər lenti
24-11-2024
23-11-2024
BÜTÜN XƏBƏRLƏR

“Duolingo ilə İngilis dili hamı üçün əlçatandır!” layihəsinin təqdimatı keçirilib -ŞƏKİLLƏR

Tarix: 13-10-2023 21:11     Baxış: 3788 A- / A+
 13 oktyabr 2023-cü il tarixdə Göyçay Rayon Z.Zülfüqarov adına Qaraxıdır kənd tam orta məktəbində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin "Təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant müsabiqəsi" çərçivəsində icra edilən “Duolingo ilə İngilis dili hamı üçün əlçatandır!” adlı layihənin təqdimat mərasimi keçirilib.            

“Duolingo ilə İngilis dili hamı üçün əlçatandır!” adlı layihə çərçivəsində təşkil olunmuş tədbirdə Göyçay Rayon İcra Hakimiyyəti başçısının müavini Zivər Zeynalova, Mərkəzi Aran Regional Təhsil İdarəsinin Göyçay rayon sektorunun əməkdaşları, Qaraxıdır Kənd İcra Nümayəndəsi, Bələdiyyə sədri, layihə rəhbəri Rəxşəndə Həmidova, layihə üzrə ekspert Ziba Məmmədova, Piar xidməti üzrə mütəxəssis Elnarə Qasımova və Göyçay rayon  təhsil ictimaiyyətinin nümayəndələri iştirak edib.                
Azərbaycan Respublikasının Dövlət Himninin sədaları altında baş tutan tədbirdə layihə rəhbəri, Göyçay rayon Z.Zülfüqarov adına Qaraxıdır kənd tam orta məktəbinin İngilis dili müəllimi Həmidova Rəxşəndə Kazım qızı layihənin məqsədi və layihə çərçivəsində həyata keçirilən işlər barədə ətraflı məlumat verib. Qeyd edib ki, "Layihə çərçivəsində V-VIII sinif şagirdlərinin ingilis dili biliklərini möhkəmləndirmək,onların ingilis dilində oxumaq, yazmaq, dinləyib-anlamaq bacarıqlarını inkişaf etdirmək kimi hədəf istiqamətləri müəyyən edilib. Layihənin icrası zamanı “Duolingo ilə ingilis dili hər kəs üçün əlçatandır!” adlı 3 ay müdətinə öyrədici kursun təşkili nəzərdə tutulub". O, həmçinin Layihə çərçivəsində Göyçay rayon Qaraxıdır kənd tam orta məktəbində 3 aylıq İngilis dili kursunun təşkil olunacağını, kursda təhsil alan 15 şagirdin test imtahanının nəticələrinə əsasən seçiləcəyini vurğulayıb.          
Layihənin piar işləri üzrə əməkdaşı Elnarə Qasımova layihənin əhəmiyyətindən söz açıb. Bildirib ki, “15 məktəblinin iştirak etdiyi  İngilis dili kursunun fəaliyyət planına uyğun olaraq müdavimlərə "People", "Lifestyle", "Professions", "Travelling"  bölmələri üzrə müvafiq bilik və bacarıqlar öyrədiləcəkdir. Kursda hər 4 dərsdən bir 90 dəqiqəlik test imtahanı keçiriləcəkdir və  tədrisin nəticələri ekspertlər tərəfindən dəyərləndiriləcəkdir. Layihənin bağlanış tədbirində 3 aylıq kursu bitirən müdavimlərə göstərdikləri nəticələrə müvafiq olaraq diplom və sertifikatlar təqdim ediləcəkdir. 3 aylıq ingilis dili kursunda ingilis dilində oxumaq, yazmaq, dinləyib-anlamaq bacarıqları inkişaf etdiriləcəkdir.”          
Sonda tədbir iştirakçıları ilə mövzu ətrafında fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.  
Tədbir çay süfrəsi ilə başa çatıb.

Manevr.az














Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar