Sizin Reklam Burada
Xəbər lenti
24-11-2024
23-11-2024
BÜTÜN XƏBƏRLƏR

Özəl sektorda işləyənlərin maaşı nə qədər arta bilər? – Rəqəm AÇIQLANDI

Tarix: 13-10-2023 17:17     Baxış: 4229 A- / A+
“2023-cü ilin ötən dövrü ərzində Azərbaycanda inflyasiya rəqəmləri yüksək olaraq qalır. Son açıqlanan rəqəmlərə əsasən, inflyasiya səviyyəsi iki rəqəmli göstəricidir və 11 faiz ətrafındadır”.
Manevr.az bildirir ki, bu sözləri BAKU.WS-ə açıqlamasında iqtisadçı ekspert Rəşad Həsənov bildirib.Ekspert əlavə edib ki, əməkhaqqı, müavinət və pensiya ilə dolanan sosial qruplara baxmış olsaq, hiss edilən inflyasiya bu şəxslərə daha çox təsir edir:
“Çünki bu şəxslər daha çox ərzaq və gündəlik tələbat məhsulları istehlakçılarıdır. Ona görə, bu məhsulların qiymətləri bahalaşıb. Belə olan halda sosial siyasətin parametrlərini yenidən dizayn edilməsi ilə bağlı zərurət yaranıb.
Bu istiqmətdə proqnozlar verərkən bir neçə məqama diqqət yetirmək lazımdır. Birincisi pensiyaların arıtırlması məsələsidir. Pensiyaların artırılması əmək haqqında qanuna uyğun olaraq məcburi xarakterlidir və bu il yanvarın 1-dən etibarən əvləlki ilin orta aylıq əməkhaqqının artım faizinə uyğun olaraq 11 faiz ətrafında pensiyalarda artımlar ediləcək. Gözlənilir ki, inflyasiya səviyyəsinə görə, minimum pensiyaya da müvafiq dəyişikliklər edilsin.
İkincisi əməkhaqlarının artırılması məsələsidir. Büdcənin hazırda məlum olan parametrlərindən görünən budur ki, dövlət seqmentində əməkhaqqı fondu 500 milyon manata yaxın və ya 5 faiz ətrafında artırılır. Büdcə sənədi parlamentə daxil olandan sonra vəsaitin hansı məqsədlə sərf ediləcəyi tam məlum olacaq.
Bu vəsait həm əməkhaqlarının artırılması, həm təhsil sektorunda sertifikatlışdırmadan keçən işçilərin maaşlarına əlavələrə, həm də işğaldan azad olunmuş ərazilərdə yeni dövlət strukturlarının formalaşdırılması və maliyyələşdirilməsinə sərf oluna bilər. Büdcə sənədi qəbul olana qədər bir neçə mərhələdən keçəcək.
Üçünücü məsələ minimum əməkhaqqı ilə bağlıdır. Minimum əməkhaqqı səviyyəsi artırılarsa, bu həm özəl sektor, həm də dövlət sektoru üçün keçərlidir. 10 faiz ətrafında bu göstəricinin artırılması ehtimalı var. Belə olan təqdirdə özəl sektorda da minimum əməkhaqqı məcburi artacaq. Lakin özəl sektorda çalışan və minimum əməkhaqqından artıq məvacib alanlarla bağlı məsələ isə bazarda tələb-təkliflə bağlı yaranmış faktorlarla formalaşır".

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar