Sizin Reklam Burada
Xəbər lenti
13-11-2026
12-11-2026
BÜTÜN XƏBƏRLƏR

“Volt”un fəaliyyətinə icazə verildi – Rəsmi

Tarix: 13-10-2023 16:09     Baxış: 3584 A- / A+




Azərbaycanda əksər daşınma şirkətlərinin qeydiyyatdan keçməsi təmin olunub.
Manevr.az xəbər verir ki, bu barədə “Trend”in sorğusuna cavab olaraq Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya təminatı və innovativ həllər şöbəsindən bildirilib.
Qeyd olunub ki, Agentlik qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin, həmçinin qida məhsullarının daşınması xidmətlərini həyata keçirən müəssisələrin qida təhlükəsizliyi qeydiyyatına alınması prosesini davam etdirir:
“Bu günədək qida məhsullarının daşınması və çatdırılması fəaliyyəti ilə məşğul olan “Volt Azərbaycan” MMC, “Bolt Services AZ” MMC, “Ozio” MMC, “İndi Market” MMC, “Bazarstore” MMC, “Too Far Logistics” MMC, “iBox” MMC və “Competo” MMC qida təhlükəsizliyi qeydiyyatından keçib.
Onu da bildirək ki, “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən, qeydiyyatdan keçmiş müəssisələrə Agentlik tərəfindən qida təhlükəsizliyinin təmin edilməsi ilə bağlı metodiki dəstək göstərilir, habelə müvafiq tələblərin mərhələli şəkildə icrasına və fəaliyyətin qida təhlükəsizliyi tələblərinə uyğunlaşdırılmasına hərtərəfli köməklik olunur. Bu istiqamətdə qeydiyyatdan keçmiş daşınma şirkətləri ilə əməkdaşlıq davam etdirilir.
Qeyd edək ki, avqust ayında “Volt Azərbaycan” MMC-nin fəaliyyətinin dayandırılması ilə bağlı məhdu dlaşdırıcı qərarın təkrar tətbiqi barədə qərar qəbul edilmişdi.               

Manevr.az



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar