Xəbər lenti
"16 yaşımda bədbəxt oldum" - Nizami Rəmzinin qızı
"Atam sağ olsaydı belə olmazdım. O, olmadığına görə, məni 16 yaşımda bədbəxt ediblər. O sağ olsaydı, heç kim bunu mənə edə bilməzdi. Elə şeylər var ki, mən bu haqda danışa bilmərəm".
Manevr.az xəbər verir ki, bu sözləri mərhum meyxanaçı, şair Nizami Rəmzinin narkotikdən əziyyət çəkən, küçələrdə yaşayan qızı Reyhan deyib. O, bloger Nail Kəmərlinin "YouTube" layihəsində qonaq olub. Reyhan bildirib ki, N.Rəmzinin ikinci evliliyindən olan övladıdır:
"Anamın adı Hicran idi. Atam gəlib bizi görüb gedəndə arxasınca çox ağlayırdım. Bizə yaxşı baxırdı, çox istəyirdim onu. Adımı da atam qoyub. İnsanlar çox vəfasızdır. Həyat yox, insanlar səni pis yola salır. Yəqin ki, yanımda yaxşı insanlar olsaydı, o yola düşməzdim. Əslində yanımda insan var idi, amma getdi. Dedi ki, get, müalicəyə. O da mənim kimi narkotik istifadəçisi idi. Üç il birlikdə olduq. Artıq mənim üçün sevgi heç nədir (ağlayır). Yanımda başqa heç kim olmayıb.
Üç il müddətində mən bu hallara düşdüm. O qədər özüm-özümə ağlamışam ki... Yağışın altında, soyuqda taxtaların altında qalmışam. Tək olmaq pis şeydir. Ac-susuz qaldığım, iki gün yemək yemədiyim vaxtlar da olub. Pulumuz olanda da "mal"a (narkotik maddə - red.) görə xərcləməmişik ki, birdən çatmaz. Eşitməmişəm ki, kimsə məni bu illər ərzində axtarsın.
Öz yaxınların axtarmırsa, dostların ümumiyyətlə axtarmaz. Dost kənar bir insandır. Mən tək qaldğım üçün bu yerlərə gəlib çıxdım. Tək olmasaydım, belə şeylər olmayacaqdı. Hava soyuq, yağışlı olanda belə küçələrdə dəmir yığırdım. Buna məcbur idim".
Reyhan narkotik aludəçiliyindən xilas etmək üçün reabilitasiya mərkəzinə yerləşdirilib.
Qeyd edək ki, Nizami Rəmzi 1997-ci ildə, 49 yaşında yol qəzasında vəfat edib. O, üç dəfə ailəli olub və 6 övladı dünyaya gəlib.qaynarinfo
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar