Sizin Reklam Burada
Xəbər lenti
24-11-2024
23-11-2024
BÜTÜN XƏBƏRLƏR

Gənclər Təşkilatları Milli Şurasının üzvlərinin məclisi keçirilib -ŞƏKİLLƏR

Tarix: 13-10-2023 12:08     Baxış: 3177 A- / A+
Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının üzvlərinin 2023-cü il üçün sayca ikinci olan hibrid formada növbəti məclisi keçirilib.
Manevr.az xəbər verir ki, Gənclər Təşkilatlarının Resurs Mərkəzində keçirilən Məclisdə ARGTMŞ-na üzv olan və üzv olmaq üçün müraciət edən gənclər təşkilatlarının rəhbər və nümayəndələri iştirak ediblər. Məclis öz işinə Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi və Şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Məclisə sədrlik edən İnternat Məzunlarının Sosial İnteqrasiyası İctimai Birliyinin sədri Araz Əhmədov hər kəsi salamlayaraq, gənclər təşkilatlarının rəhbər və nümayəndələrinə iştirakları üçün minnətdarlığını bildirib. Daha sonra NAYORA-nın sədri Azər Əliyev cəmiyyətdə dövlətçilik üçün gərəkli olan bütün proseslərin aparıcı qüvvəsinin gənclər olduğunu vurğulayaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan gənclərinə verdiyi önəmi, onlara göstərdiyi diqqət və qayğıdan, ölkədə gənclərə yaradılan geniş imkanlardan söz açmış, həmçinin üzvlüyə müraciət edən təşkilatlara da uğurlar arzu etmişdir. Tədbirin gedişatında NAYORA-nın Baş katibi Ramin Həbibzadə təşkilatın 2023- cü ilin mayından 2023-cü ilin oktyabr ayına qədər olan dövrdəki fəaliyyətinə dair hesabat məruzəsi ilə çıxış edərək, keçirilən tədbirlər, layihələr və onlayn kampaniyalar haqqında məlumat vermişdir. Məclisdə üzvlük üçün müraciət edən “Elitar Gənc Biznesmenlər Mərkəzi” İctimai Birliyi, “Gənclərin Sosial-İqtisadi İnkişafına Yardım” İctimai Birliyi, “Yaradıcı Gənclər” İctimai Birliyi, “Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək” İctimai Birliyi öz fəaliyyətləri, gələcək hədəfləri və planları ilə bağlı təqdimatlarını təqdim ediblər. Üzvlük üçün müraciət edən təşkilatların sədrlərinin çıxışlarından sonra onlayn və oflayn formada səsvermə keçirilib, uğur qazanan təşkilatlar Gənclər Təşkilatları Milli Şurasında müşahidəçi statusda üzvlüyə qəbul olunub.

Manevr.az













Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar