Xəbər lenti
Həyat yoldaşım mən Ağdərədə döyüşlərdə olanda öldüyümü eşidib stress keçirib, 2-ci dərəcəli əlildir - ŞİKAYƏT
Mətbuat Şurasının sədri, sayğılı Rəşad Məcid bəyə
Surəti
Kütləvi İnformasiya Vasitələrinin redaksiyalarına
1-ci dərəcəli Qarabağ əlili, bağımsız jurnalist Məğrur Bədəlsoy ( Bədəlli Məğrub) Ağamalı oğlundan ( email: meqrubbedelli56@gmai.com, AZ1119,Bakı, Babək-71, m.5, tel.0553019956)
ƏƏSMN tabeliyindəki qurumların qərəzli ayrı-seçkiliyindən
ŞİKAYƏT
Torpağımıza təcavüz olunan ilk gündən AMEA-nın aspiranturasında təhsilimi, elmi işimi atıb, 2 körpə uşaqlı ailəmi Allahın ümidinə qoyub, Qarabağ uğrunda savaşa gedib, 1-ci dərəcəli Qarabağ əlili olmuşam. Kimya doktoru həyat yoldaşım mən Ağdərədə döyüşlərdə olanda TV ilə ölümüm haqqında verilən xəbərdən stress keçirib, 2-ci dərəcəli əlildir.
Sizə şikayətim 1-ci dərəcəli Qarabağ əlili ailəsinə qarşı ƏƏSMN tabeliyindəki qurumların tənqidə ya nəyəsə görə qərəzli ayrı-seçkiliyindəndir. Əlillər barəsində ayrı-seçkiliyi həm yerli qanunvericilik, həm BMT Konvensiyası qadağan edir.
Ayrıseçkiliyə baxın:
1. 2022-ci ildən 1-ci Qarabağ müharibəsi əlillərinə birdəfəlik sığorta ödəməsi proaktiv qaydada verilib, mənə isə bir illik yoxlamadan sonra 4 aydır məktubla nəzərdə tutulduğu bildirilir, amma hesabıma köçürülmür.
2. 11-ci ildir Nərimanov RİH başçısının 26.07.2013 tarixli, 358 N-li sərəncamı ilə 10 nəfərlik ailəmlə mənzil növbəsindəyik, Bakı İnzibati Məhkəməsinin 20.06.2016 tarixli, 2-1(81)-1095/16 saylı qərarı ilə mənzillə növbədənkənar təmin olunmağımız öhdəliyi ƏƏSMN tabeliyində Dövlət Sosial Təminat Xidmətinin (hazırda Sosial Xidmətlər Agentliyi) üzərinə qoyulub, amma hələ də məhkəmə qərarı, prezident sərəncamı icra olunmur. Ehtiyacı olmayanlara rüşvətlə mənzillər satılır, bizə hələ də verilmir.
3. 1 BİİM-in 05.07.2017 tarixli, 2-1(81)-1889/17 saylı məhkəmə qərarı ilə pensiyama əlavə olunan 110 manatı borclu ƏƏSMN tabeliyində DSMF-in Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı 01.04.23-dən qərəzlə kəsib.
4. 25 ildən çoxdur hər il Səhiyyə Nazirliyi xaricdə müalicə olunmağıma rəy verib, ƏƏSMN-ə göndərir, lakin ƏƏSMN müalicəmi təşkil etmir, heç burdan-bura Naxçıvanda reabilitasiya hüququmu da təmin etmir.
Sizdən 1-ci dərəcəli Qarabağ əlili ailəsinə qarşı qərəzli ayrı-seçkiliyə son qoymağlnızı, mənzil, sosial təminat hüququma qadağanın aradan qaldırılmasını təmin etməyinizi diləyirəm.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar