Sizin Reklam Burada
Xəbər lenti
24-11-2024
23-11-2024
BÜTÜN XƏBƏRLƏR

Bu məhsullar bahalaşdı - SİYAHI

Tarix: 11-10-2023 16:07     Baxış: 3280 A- / A+

2023-cü ilin yanvar-sentyabr aylarında istehlak qiymətləri indeksi 2022-ci ilin yanvarsentyabr aylarına nisbətən 110,9 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 112,4 faiz, qeyri-ərzaq məhsulları üzrə 110,1 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 109,6 faiz təşkil edib.

Dövlət Statistika Komitəsindən (DSK) verilən məlumata görə, 2023-cü ilin sentyabr ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,3 faiz, əvvəlki ilin sentyabr ayına nisbətən 105,1 faiz təşkil edib.

2023-cü ilin sentyabr ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,6 faiz, əvvəlki ilin sentyabr ayına nisbətən 104,5 faiz olub.

Bildirilib ki, cari ilin sentyabr ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox bahalaşma mal və qoyun ətinin, təzə balığın, yumurtanın, bananın, gavalının, şaftalının, pomidorun, xiyarın, göy lobyanın, bibərin, badımсanın, yerkökünün, çuğundurun, kartofun, sarımsağın, tütün məmulatlarının, ucuzlaşma isə əsasən qarabaşaq yarmasının, unun, makaron məmulatlarının, toyuq ətinin, yoqurtun, kərə və bitki yağlarının, almanın, kələmin, balqabağın, soğanın, şəkər tozunun, konfetlərin, çayın, limonadın, arağın qiymətlərində müşahidə olunub.

Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

2023-cü ilin sentyabr ayında qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,1 faiz, əvvəlki ilin sentyabr ayına nisbətən 105,9 faiz təşkil edib.

Sentyabr ayında əvvəlki ayla müqayisədə qeyri-ərzaq məhsullarından bahalaşma əsasən sementin, kəsilmiş taxtaların, ucuzlaşma isə sintetik yuyuсu vasitələrin və yazı kağızlarının qiymətlərində müşahidə olunub.

Digər qeyri-ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib. 2023-cü ilin sentyabr ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,0 faiz, əvvəlki ilin sentyabr ayına nisbətən 105,4 faiz təşkil edib.

Manevr.az




Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar