Xəbər lenti
Azərbaycanlı lotoreyada 100 milyon uddu

Rusiyada azərbaycanlı loterayada 100 milyon rubl udub.
Manevr.az ya istinadən xəbər verir ki, Soçidə yaşayan həmyerlimiz Azər Musayev 100 milyon rubl (1 milyon ABŞ dolları) məbləğində rekord super mükafatı qazanıb.
Onun qalib olduğu lotoreya biletinin qiyməti 500 rubl olub.
Həmyerlimiz bildirib ki, əvvəlcə iki bilet alıb:
"Həmin biletlər uduşsuz olub. Üçüncüsünü aldım və düşündüm: Qoy sonuncu dəfə cəhd edim. Dəmir pulla lotareyanı silməyə başladım. Üst sətirdə 5 milyon gördüm. Sevindim, daha yoxlamadım və düşündüm ki, bu məbləği udmuşam. Bileti satıcıya verəndə o da yoxladıqda məlum oldu ki, mən əslində 100 milyon qazanmışam. Düzünü desəm mən buna dərhal inanmadım”, - deyə həmyerlimiz söyləyib.
Azər Musayev Soçidə inşaatçı işləyir. O, lotoreyada udduğu məbləğlə yaxınlarına maddi yardım etməyi, mənzil və maşın almağı və oğluna toy etməyi planlaşdırır.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar