Sizin Reklam Burada
Xəbər lenti
24-11-2024
23-11-2024
BÜTÜN XƏBƏRLƏR

Kredit borcu olanların nəzərinə - İşdən çıxarıldıqda...

Tarix: 10-10-2023 12:49     Baxış: 3247 A- / A+


Bəzi hallarda bankdan kredit götürmüş şəxs işdən çıxarıldığına görə ödənişlərin edilməsində çətinlik çəkir. Belə olan təqdirdə bankla vətəndaş arasında ödənişin gecikməsi və ya edilməməsi ilə bağlı problemlər yaranır.
Bəs görəsən belə hallarda banklar vətəndaşlara hüquqi olaraq güzəşt etməlidirmi?
Manevr.az xəbər verir ki, mövzu ilə bağlı hüquqşünas Ramil Süleymanov referans.az-a danışıb.
"İşəgötürənlər tərəfindən işçilərin hansısa banka və ya quruma borcu var deyə onu bu səbəbdən işə saxlamaq və yaxud krediti bitənə qədər işinə davam etməsini təmin etmək kimi öhdəliyi yoxdur. Nəticə etibarı ilə, bu sadəcə işçinin, yəni şəxsin özünə aid olan riskdir. Banka borcu olan şəxs bilməlidir ki, ona kredit ayıran bank da bu pulu verdiyi zaman, şəxsin hər hansısa formada işdən çıxdığı zaman ödənişin dayandırılacağı barədə öhdəlik götürməyib. Ona görə borcu olan şəxs kreditin yenə də hər ay müntəzəm şəkildə ödənilməsinə məsuliyyətlidir və cavabdehdir. Sadəcə olaraq işləmədiyi müddət ərzində banka ərizə ilə müraciət edərək, bankdan xahiş edə bilər ki, müvəqqəti olaraq məbləğin aylıq ödənişini daha az ödənilməsi ilə bağlı köməklik edilsin. Lakin bununla bağlı icazə vermək bankın hüququdur. Bank həmin şəxsə bu güzəşti etməyə də bilər. Əgər borclu şəxs işləmədiyini əsas gətirərək ödənişdən yayınarsa və ödəmələrin 90 gün müddətində gecikməsindən sonra bank ərizə ilə şəxsin yaşadığı yer üzrə məhkəməyə müraciət edəcək və ya əmr icraatı qaydasında məhkəmə əmrini çıxarmaqla pulun ödənilməsini tələb edə bilər. Borclu şəxs əgər icra mərhələsində də ödənişi etməzsə, onu məhkəmə qərarının icra olunmaması ilə bağlı inzibati və cinayət məsuliyyəti gözləyir", - hüquqşünas bildirib
Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar