Sizin Reklam Burada
Xəbər lenti
24-11-2024
23-11-2024
BÜTÜN XƏBƏRLƏR

Ramiz Mehdiyevin ailə bankı satışa çıxarıldı

Tarix: 10-10-2023 13:05     Baxış: 3301 A- / A+


Azərbaycanın bank sektorunda “yarpaq tökümü” davam edir. Ciddi problemlərlə üzləşən banklar ya bağlanır, ya da satılır.
Manevr.az Bakipost.az-a istinadən xəbər verir ki, Prezident Adminsitrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyaevin ailə bankı olan Bank BTB-də satışa çıxarılıb.
Məlumatlı mənbənin bildirdiyinə görə, Ramiz Mehdiyevin oğlu tərəfindən satışa çıxarılan banka müştəri də tapılıb. Hətta onların arasında bankın 15 milyon manata satılması barədə razılıq da əldə olunub. Lakin Ramiz Mehdiyevin bankı satın almaq istəyən şəxsdən onunla da razılaşmağı tələb etdiyi bildirilir. Bu səbəbdən sövdələşmənin hələ yekunlaşmadığı deyilir.
Qeyd edək ki, 2022-ci ilin yekun hesabatına görə, ziyanla işləyən banklar arasında artıq bağlanmış “Günaybank”la yanaşı “Muğanbank” və Bank BTB-nin də adı çəkilirdi. Qeyd olunurdu ki, ötən il bankın ziyanı 5 milyon manat təşkil edib. Ramiz Mehdiyev vəzifədən ayrıldıqdan sonra bankın xalis mənfəətinin 16 milyon 653 min manat azaldığı və 2020-ci ilin sonunda 9 milyon 130 min manatlıq zərərə düşdüyü barədə xəbərlər yayılmışdı.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar