Sizin Reklam Burada
Xəbər lenti
24-11-2024
23-11-2024
BÜTÜN XƏBƏRLƏR

Adəm və Həvvanın övladları kiminlə evlənib? İnsan nəsli necə davam edib?

Tarix: 06-10-2023 20:34     Baxış: 4216 A- / A+


Adəm  və Həvvanın övladları   kiminlə evlənib? İnsan nəsli necə davam edib?
Bütün dini kitablarda Adəm və Həvvanın adları keçir. Əgər yer üzündə Adəm və Həvvadan başqa insan yox idisə, onların nəsli necə davam etdi? Oğulları kiminlə evlənib nəsil artırdılar?
Xarici media bildirir ki, cənnətdən qovulduqdan sonra Adəmlə Həvvanın 3 oğlu olub. Habil, Qabil və Sif (Xristianlıqda Kain, Avel, Sif)
Bəzi rəvayətlərə görə, Adəm və Həvvanın  cüt-cüt oğul və qızları olurdu, hər öncəki cütlük, özündən sonrakı cütlükdən olan bacı-qardaşı ilə evlənirdi. Sif Adəm və Həvvanın 130 yaşı olanda doğulub. Adəm və Həvva yerdə keçirdikləri 930 il ərzində 33 oğlan, 22 qız övladı dünyaya gətiriblər. İndi haram və insest kimi qəbul edilsə də, ilk insanlar üçün  ailə içi cinsi əlaqə normal hal sayılırmış. Bəzi dindarlar belə düşünürlər.
Amma Allahın varlığına inanan insanlar onun başqa yolla insan nəslini davam etdirə biləcəyini düşünmürlərmi?  Adəmi torpaqdan yaradan Həvvanı niyə onun qabırğasından yaratmalıydı? Torpaqdan nə üçün başqa cütlüklər yaradılmadı? Ağıl və məntiq nəyinsə düz olmamasına işarə edir.
Bəzi ilahiyyatçılar bildirirlər ki, Allah ilk dəfə başqa insanlar, başqa irqlər də yaradıb. Həmin o irqlərin ailə qurması nəticəsində nəsil davam edib.
Məhəmməd peyğəmbərin hədislərində də deyilir ki, Adəm yer üzünə göndərilmiş beşinci nəslin yaradıcısıdır.
Adəmə qədər yer üzündə müxtəlif irqlərin və ya məxluqların mövcudluğu ehtimal olunur. Bir ağdərili və ya qaradərili insandan başqa irqin yaranması mümkün deyil. Deməli, onların öz nəsli olub. Allah Adəm və Həvvanı yaratdığı kimi, başqa Adəm və Həvvaları da yaradıb.
Başqa bir versiyaya görə, Adəmin ilk qadını olan Lilitin cin ərindən olan uşaqları ilə Adəmin uşaqları arasında evlilik yaranıb. Bəs Lilit kimdir? Axı biz ilk qadın olaraq yalnız Həvvanı bilirdik?
Lilit haqqında məlumat ilk dəfə Talmudda verilib. Onun adı ən qədim Mesopotamiya mətnlərində də keçir. Yəhudilər Liliti şər qüvvə hesab edirlər. Tövratın ilk hissəsi olan “Yaradılış”ın birinci Babında Adəm ilə birlikdə bir dişi yaradıldığından bəhs edilir, ikinci hissədə isə Adəmin qabırğa sümüyündən bir dişi yaradıldığı yazılmışdı.
Yəhudilik və Xristianlıqdakı əfsanələrə görə, Lilit uzun dalğalı, alov rəngli saçları, kəhrəba rəngli gözləri, ağ dərisi və zərif bədəni olan gözəl bir varlıq idi.
Əfsanəyə görə, Adəm və Lilit kimin daha üstün olması mövzusunda yola getməyiblər və heç biri geri addım atmayıb. Lilit Allahın haram adını söyləməklə Cənnətdən qaçır və yer üzündə Qırmızı dəniz yaxınlığında bir mağaraya sığınır. Cinlərin Kralı ilə birlikdə olur. Gündə 100 cin uşaq dünyaya gətirir və bu uşaqlar yer üzünə şər qüvvələr kimi səpilirlər.
Adəm tənhalıqdan Liliti geri qaytarması üçün Allaha yalvarmağa başlayır. Lilit geri dönməyincə, Allah Həvvanı yaradır. Həvva Lilitə çox bənzəyirdi.
Yəhudi dini inanclarına görə, insan nəsli Lilitdən yox, Həvvadan törəyib. Bacı ilə qardaşın evlənməsi Musa peyğəmbərə göndərilmiş ilahi qadağadan sonra aradan qaldırılıb.
Bəziləri hesab edirlər ki, insan nəslinin ömrünün Adəm və Həvvaya nisbətən ən az 10 dəfə qısa olmasının səbəbi elə bu qohum evlilikləri olub.
Dini əfsanələrə nəzər salsaq, nə görərik? Lilitin yer üzünə göydən endirilərkən yer üzündə göydən gəlmiş bir başqa məxluqlar - cinlər yaşayırdılar və hətta krallıq da qurmuşdular. Cin dediyimiz müasir deyimlə yadplanetlilər ola bilərdi? İlk onlar gəlmişsə, o zaman  insan gəlmə (Cənnətdən, başqa dünyadan) deyilmi?
Aydan gətirilmiş torpaq nümunələrindəki elementlərə insanın qanında rast gəlinir. Bu təsadüfdür? Lilitin nəsli ilə qarışmışıq deyə,  Yer üzündə ibtidai düşüncə səviyyəsində insanlarla yanaşı, az qala supergüclərə sahib olan müxtəlif səviyyəli insanlar yaşayır? Sual çoxdur.
Bəs elm nə düşünür? Elm adamları insan nəslinin təkamül nəticəsində yarandığını, “ulu babalarımızın” suda yaşayan ilk canlılar olduğunu düşünürlər. İnsan orqanizmində funksiyası bəlli olmayan bəzi orqanlar da təkamül nəticəsində öz işləkliyini itirib.
Bax, beləcə min illərdir cavabı axtarılan sualın cavabı hələ də tapılmayıb.lent.az

Manevr.az



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar