"Laçın" postunda saxlanılan qondarma separatçı rejimin "dövlət naziri" vəzifəsində çalışmış Ermənistan vətəndaşı Ruben Vardanyan barəsində Səbayel Rayon Məhkəməsi dörd aylıq həbs qətimkan tədbiri seçib.
1968-ci il təvəllüdlü R.Vardanyana Cinayət Məcəlləsinin 214-1 (terrorçuluğu maliyyələşdirmə), 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların yaradılmasında və fəaliyyətində iştirak etmə) və 318.1-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham irəli sürüb. Hazırda Dövlət Təhlükəsizlik Xidmətində onun istintaqı davam edir.
Milli.Az Musavat.com-a istinadən xəbər verir ki, Rusiya mediası onun bu ölkədəki biznes və əmlakları haqda yazıb.
.jpg)
Məlumdur ki, Ruben Vardanyan Rusiyada "Troyka Dialoq" investisiya şirkətinin təsisçisi kimi məşhurlaşıb. Qərb jurnalistlərinin araşdırmasına görə, bu şirkət vasitəsilə Rusiyadan xaricə təxminən 4,6 milyard dollar çıxarılıb. O, "Skolkovo" məktəbinin ilk prezidenti və "Rosqosstrax"ın idarə heyətinin üzvü kimi tanınıb.
Məlumata görə, milyarder Qarabağa getdikdən sonra Rusiyadakı bütün biznesini "Q Capital" şirkətinin idarəçiliyinə verib. Onun nizamnamə kapitalı 4,5 milyard rubl, keçənilki gəliri 800 milyon rubl təşkil edib. "Q Capital"ın sahibləri isə "TD Advisors" offşor şırkəti və Vardanyanın həyat yoldaşı Veronika Zonabenddir.
Ümumilikdə, Ruben Vardanyan "Q Capital"ın nəzarəti altında olan bir neçə şirkətinin səhmlərini dövr edib. Söhbətin hansı şirkətlərin səhmlərindən getdiyinə baxaq. "Avtoinvest"in 20 faizi. 2021-ci ilin dekabrına olan məlumata görə, "Avtoinvest" "KamAZ" səhmlərinin 23,54%-nin sahibi olub. Maliyyə hesabatlarına görə, 2022-ci ildə "Avtoinvest" in xərcləri 3,5 milyard rubl təşkil edib, xalis aktivləri isə 16 milyarddan 13 milyard rubla qədər azalıb.
.jpg)