Sizin Reklam Burada
Xəbər lenti
09-09-2025
BÜTÜN XƏBƏRLƏR

ABŞ-da həmyerlimizə qarşı cinayət işinə xitam verildi

Tarix: 01-10-2023 16:31     Baxış: 3411 A- / A+

ABŞ-də erməni təxribatının qarşısını alan həmyerlimiz Aludə Zeynalova haqqında Nyu-York Əyalətinin Cinayət Məhkəməsi tərəfindən erməni təxribatçı Meri Cobanyanın şikayəti əsasında başladılan cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Manevr.az "report"a istinadla xəbər verir ki, Nyu-York Əyalətinin prokurorluğu erməni təxribatçının şikayəti ilə haqqında cinayət işi başlanılan A.Zeynalovanın təqsirsiz olması barədə qərar çıxarıb.

Qeyd edək ki, avqustun 18-də ABŞ-nin Nyu-York şəhərində BMT-nin mənzil-qərargahı önündə dinc aksiya keçirən azərbaycanlılara qarşı təxribat törədən ermənilərdən biri Meri Cobanyanın şikayəti əsasında Nyu-York polisi tərəfindən saxlanılan həmyerlimiz cinayət məcəlləsinin beş maddəsi ilə, o cümlədən Ermənistandan olan Meri Çebonyana üçüncü dərəcəli bədən xəsarəti yetirməkdə ittiham edilirdi. Cinayət prosesinin ilkin mərhələsində həmyerlimizin hüquqlarının müdafiəsini ABŞ dövlətinin təyin etdiyi vəkil, əslən Cənubi Azərbaycandan olan Doran Khoyee Abbası təmsil edib. D.Abbasın ermənilərin təzyiqi ilə proseslə bağlı baş verənləri yaxından izləmədiyi ortaya çıxdıqdan sonra həmyerlimizlə bağlı şikayət üzrə prosesin davamını Nyu-Yorkda fəaliyyət göstərən azərbaycanlı vəkil, keçmiş prokuror Rövşən Şərifov üzərinə götürüb. Azərbaycanlı vəkil bildirib ki, o, baş verənlərlə bağlı müfəssəl şəkildə topladığı sübutları, şahid ifadələrini və hadisəyə dair videogörüntüləri şəhər prokurorluğa təqdim edib. Nyu-York Əyalətinin prokurorluğu toplanan dəliləri araşdırdıqdan sonra A.Zeynalovaya qarşı bütün cinayət ittihamlarını ləğv edib və onun günahsız olduğuna xitam verib.



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar