Sizin Reklam Burada
Xəbər lenti
31-08-2026
30-08-2026
BÜTÜN XƏBƏRLƏR

Bakı bulvarı 2040-cı ilə qədər uzadılacaq

Tarix: 30-09-2023 16:40     Baxış: 3441 A- / A+

“İqlim dəyişmələri proseslərinə adaptasiyanın əsas komponentlərindən biri yaşıllıq sahələri ilə bağlıdır. Şəhərdə yaşıllıqların və açıq sahələrin artırılması Bakı şəhərinin Baş Planının layihəsinin prioritet məqsədlərindən biridir”.
Manevr.az xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Bakıda keçirilən 2-ci Azərbaycan Milli Şəhərsalma Forumunda deyib. Nazir Bakı şəhərində yaşıllıqların xeyli artırılacağını deyib:

“Həmçinin, Bakı Bulvarının uzadılması planlaşdırılır, onun uzunluğu 2040-cı ilə qədər yüksəkkeyfiyyətli ictimai yaşıllaşdırma ilə 25 kilometrdən çox olacaq”.
Nazir onu da əlavə edib ki, ölkə ərazisində mövcud yaşıllıqların qorunub mühafizə edilməsi, yeni yaşıllıq sahələrinin salınması ekoloji baxımdan mühüm əhəmiyyət daşıyır. Xüsusilə, yaşıllıqların qorunması və artırılması, çətin torpaq-iqlim şəraiti, iri sənaye obyektlərinin cəmləşməsi, əhalinin sıx məskunlaşması baxımından digər regionlardan kəskin fərqlənən Abşeron yarımadasında daha çox önəmlidir.
“Abşeron yarımadasında yaşıllıq sahələrinin real vəziyyətinin qiymətləndirilməsi, uçotunun aparılması və dəqiqləşdirilməsi məqsədilə inventarizasiya işləri aparılıb və ayrı-ayrı yaşıllıq massivlərinin xəritələri hazırlanıb”, - nazir qeyd edib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar