Xəbər lenti
Daha bir şəhidin nəşi 31 ildən sonra dəfn edildi

Manevr.az xəbər verir ki, mərasimdə şəhidin ailə üzvləri, yaxınları ilə yanaşı, hökumət və ictimaiyyət nümayəndələri, rayon sakinləri, qazilər, şəhid ailələri, media nümayəndələri iştirak ediblər.
Vida mərasimindən sonra şəhid Elmar Məmmədovun nəşinin qalıqları rayonun Şəhidlər xiyabanında torpağa tapşırılıb. Şəhidin nəşinin büküldüyü üçrəngli Azərbaycan bayrağı oğluna təqdim olunub.
Elmar Məmmədov 1967-ci il mayın 25-də Bakıda dünyaya gəlib. O, Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirib. 1990-cı ilin Yanvar faciəsindən sonra silaha sarılıb və cəbhəyə yollanıb. Qəhrəman döyüşçü silahdaşları ilə birlikdə Tərtər, Goranboy, Quşçular və Malıbəyli uğrunda döyüşlərdə iştirak edib. Onun sonuncu döyüşü 1992-ci il yanvarın 26-da Daşaltı kəndində olub.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
.jpg)


Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar