Sizin Reklam Burada
Xəbər lenti
11-11-2025
10-11-2025
09-11-2025
BÜTÜN XƏBƏRLƏR

“Azercell” Ağdərə və Xocalıda fəaliyyətə başladı

Tarix: 30-09-2023 09:41     Baxış: 3440 A- / A+
Ordumuzun ardınca bütün cəbhə boyu irəliləyərək, işğaldan azad olunmuş ərazilərdə ilk mobil infrastrukturu quran Azercell Telekom MMC Ağdərə və Xocalıda baza stansiyalarını işə saldı.
Manevr.az xəbər verir ki, “Azercell” komandası qürur hissi ilə bildirir ki, indi Ağdərə və Xocalıda da “Azercell” şəbəkəsi fəaliyyət göstərir.
Xatırladaq ki, Azercell-in bu ərazilərdə quraşdırdığı radio baza stansiyaları LTE texnologiyasına aiddir. Məlumat üçün bildirək ki, hazırda Qarabağda Azercell-in 100-dən çox baza stansiyası fəaliyyət göstərərək Şuşa, Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı və Kəlbəcər rayonlarını, İstisu, Hadrut, Suqovuşan qəsəbələrini, həmçinin Xocavənd və digər rayonların kəndlərini öz şəbəkəsi ilə əhatə edir. Təkcə Laçın rayonunda mobil operator 15-dən çox baza stansiyası quraşdıraraq artıq rayonun Zabux, Sus və digər kəndlərində də mobil rabitə xidmətləri göstərir.
“Azercell”in əsas məqsədlərindən biri işğaldan azad olunmuş ərazilərdə ilə yeni nəsil şəbəkənin genişləndirilməsini sürətləndirmək və bu ərazilərə qayıdacaq əhalini mobil internet və qabaqcıl kommunikasiya xidmətləri ilə təmin etməkdir.



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar