Sizin Reklam Burada
Xəbər lenti
31-08-2026
30-08-2026
BÜTÜN XƏBƏRLƏR

Kimlər quru yolla sərhədi keçə bilər? - RƏSMİ

Tarix: 29-09-2023 09:09     Baxış: 4430 A- / A+
Azərbaycanda COVID-19 pandemiyası səbəbi ilə 2020-ci ilin martından tətbiq edilən xüsusi karantin rejiminin müddəti 2024-cü il yanvar ayının 2-dək uzadılıb. 
İnfeksiyaya yoluxma sayında azalma müşahidə edildikcə bir çox məhdudiyyətlər aradan götürülüb. Lakin həmin tədbirlər çərçivəsində qapadılan quru sərhədlər hələ də bağlıdır.

Hələlik Azərbaycandan çıxış və ölkəyə giriş üçün yeganə vasitə hava yollarıdır. Lakin qonşu ölkələrdə yaşayan azərbaycanlıların yaxınları öz qohumlarına daha tez-tez baş çəkmək istəyirlər. Pandemiya zamanı, yəni yoluxma sayı yüksək həddə olanda bu, Nazirlər Kabineti və Xarici İşlər Nazirliyi tərəfindən müəyyən qaydayla tənzimlənirdi. 
Bəs indi mexanizm necədir? Xarici ölkələrə müalicəyə gedənlər, qonşu ölkələrdə birinci dərəcəli qohumu yaşayanlar və ya qonşu ölkələrdə vəfat edən birinci dərəcəli qohumu olanlar üçün xüsusi icazə varmı?

Manevr.az
bildirir ki, məsələ ilə bağlı Cebhe.info-ya danışan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə onların nazirliyə müraciət etməli olduqlarını deyib:

"Xarici İlər Nazirliyinə ərizə ilə müraciət edilir, nazirlik də həmin müraciəti Nazirlər Kabinetinə ünvanlayır. Onlar tərəfindən verilən qərara əsasən fərdi qaydada quru yolu ilə çıxış və girişə icazə verilir. Yəni həmin müraciət əsasında müvafiq qərar qəbul edilir”.



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar