Ölkə gündəmini iki gündür Ruben Vardanyanın Azərbaycan tərəfindən saxlanılması, eləcə də Vardanyanın xanımı Veronika Zonabendin dünyaya əri ilə bağlı səs-küy salıb onu xilas etmək cəhdləri barədə xəbərlər zəbt edib. Haqqında hələlik 4 aylıq həbs qərarı çıxarılmış, adı müxtəlif cinayətlərdə dəfələrlə hallanmış Vardanyan və onun özünü “sülh göyərçini” elan eləmiş bayquş xanımı əslində kimdirlər?
Manevr.az lent.az-a istinadla bu ailə barəsində kiçik bir araşdırma təqdim edir.
1 milyard dollarlıq sərvəti ilə dünyanın ən varlı adamları siyahısında olan Vardanyanın xeyli sayda şirkətləri olub. Xarici mətbuatda adı tez-tez korrupsiya cinayətlərində hallanıb, haqqında araşdırmalar aparılıb.
Xəbər lenti
Vardanyanın başını cəmi 3 həftədə “bişirib” ona ərə getdi
Ruben Vardanyan 25 may 1968-ci ildə İrəvanda anadan olub. İrəvanda orta məktəbi başa vuran Vardanyan 1985-ci ildə Moskva Dövlət Universitetinin İqtisadiyyat fakültəsini bitirib.
2022-ci il sentyabrın 1-də Ruben Vardanyan xarici mediaya verdiyi müsahibəsində Rusiya vətəndaşlığından imtina etdiyini bildirib, çox keçmədən Qarabağa köçüb.
2022-ci il oktyabrın 20-də Vardanyan qondarma “Dağlıq Qarabağ Respublikası”nın hökumət başçısı “vəzifəsi”nə “təyin edilib”. Bakının qətiyyətli addımlarından sonra qondarma vəzifədən çıxmalı olub.
Vardanyan 44 günlük müharibədən sonra da Xankəndini tərk etməyib və etməyəcəyini dəfələrlə sosial şəbəkələrdə bəyan edib. O, Qarabağda təxribatçı fəaliyyətini davam etdirib, aktiv şəkildə Qarabağın status məsələsini gündəmdə saxlayıb. əlaqələrindən istifadə edərək daim Qarabağda “humanitar fəlakət”, “aclıq” var şüarları səsləndirərək, beynəlxalq aləmi Azərbaycana qarşı təzyiq göstərməyə səsləyib.
Onun xanımı Veronika Moskva ətrafında doğulub. Müxtəlif millətlərin qanını daşıyır. Nəslində həm ermənilər, həm ruslar, həm yəhudilər olub. Aviasiya və iqtisadiyyat üzrə təhsil almış Veronika milyoner Vardanyanın başını cəmi 3 həftədə “bişirib” ona ərə gedib. Hazırda iki oğulları və iki qızları var. Azərbaycanda həbsdə olan əri üçün özünü parçalayan, sülhdən, humanizmdən danışan Veronika ermənilərin minaları, güllələri ilə ölən azərbaycanlılar barədə daima susub, halbuki humanizm yalnız bir millətə şamil edilmir.
Ailənin qazandığı milyonlar təbii ki, yalnız şirkətlərindən əldə edilməyib. Vardanyan Qarabağ uğrunda gedən böyük oyunların yalnız bir parçası idi.
Humanizmdən danışan Veronikanın heç ermənilərə qarşı da insani rəftarından danışmaq olmaz. Bir millətin gəncləri əgər həqiqətən aclıqda, işsizlikdən ölürsə, narkomaniyanın qurbanlarına çevrilirsə və bunda birbaşa separatçı rejimin günahı varsa, o rejimin liderlərindən birinin arvadı olaraq Veronika xeyirxah qadın sayıla bilərdimi? Bunu yalnız biz demirik, özləri də deyir.
Erməni bloger Roman Baqdasaryanın dedikləri: “Erməni siyasətçilər 35 ildir gənclərin psixikasını şikəst ediblər. Kişilərimizi narkomana çevirdilər. Bütün bu mafiya 35 ildir ki, cinayətə cəlb olunanların sayını artırır və bu zaman Əliyev təhsilə milyonlar xərcləyir, hərbçiləri dünyanın ən yaxşı institutlarına oxumağa göndərirdi. Azərbaycan təhsilə pul yatırıb, Qarabağ klanı isə pulu şouya və yalan təbliğata yatırıb”.
Ruben Vardanyanın sərvətinin böyük bir hissəsi erməniləri və dünyanı türkə qarşı nifrətə kökləmək uğrunda xərclənib. O hətta türklərə nifrət, onları vəhşi, barbar xalq kimi göstərmək üçün “100 həyat” adlı layihə hazırladıb və bu layihəyə milyonlar tökərək Hollivud ulduzlarını cəlb edib.
Qarabağı tərk edən ermənilər arasında Azərbaycan dilini bilməyənlər, hətta bir neçə söz deyə bilməyənlərin əksəriyyəti vaxtilə Livandan, Suriyadan, PKK-dan gətirilib yerləşdirilənlərdir. Qarabağ uzun illər dünyada axtarışda olan terrorçuların bazasına, sığınacağına çevrilib. Onları bura sürüyən də, yemləyən də Vardanyan və şərikləri idi.
İndi ərinin sağ-salamat geri dönməsi üçün gizli qapıları döyür.
Pul bu ailədə yalnız münaqişə, qara piar, böhtan, qan, nifrət, qırğın, terror toxumları səpmək üçün sərf olunub. Pulunuz var idi, bəs niyə ağlınız yox idi? Hər şeyi görürdünüz, güclənən Azərbaycanı görmürdünüz?
Ədalətə kor idiniz, bəs həqiqətə niyə doğru baxa bilmirdiniz? Ən azından o dəmir yumruğun bir gün başınıza enəcəyindən ehtiyat eləməli idiniz axı. Dövlətin vəzifələrindən biri də, qanunlarına qarşı çıxan düşmənləri zərərsizləşdirmək, qandallayıb mühakimə etməkdir.
Azərbaycan Respublikası bütün dünyaya ölkənin konstitusion quruluşuna və qırmızı cizgilərinə əl və dil uzadan hər kəsin bir gün qandallanaraq dəmir qəfəsə ata biləcəyini göstərdi. İstər adi bir terrorçu olsun, istərsə də milyardları altında gizlənmiş qaniçən. Bu günə qədər Azərbaycanın haqq davasına lal, kar, kor olan güclər artıq onunla hesablaşmalı olduğunu başa düşüblər.
Nəhayət haqq-hesab vaxtı gəlmişdir.

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar