Sizin Reklam Burada
Xəbər lenti
13-11-2026
12-11-2026
BÜTÜN XƏBƏRLƏR

AZAL Türkiyədə təhsil alan tələbələrə güzəşt edəcək

Tarix: 28-09-2023 15:50     Baxış: 4422 A- / A+
Azərbaycan Hava Yolları QSC (AZAL) Türkiyədə ali təhsil alan Azərbaycan vətəndaşları üçün xüsusi güzəştli tariflər təklif edəcək.
Bu barədə AZAL-dan bildirilib.
Məlumata görə, tələbələr üçün endirimlər aviaşirkətin Bakıdan Türkiyənin şəhərlərinə və əks istiqamətə yerinə yetirilən reyslərinə şamil olunur. Endirimli biletlərin bronlaşdırılması üçün aviaşirkətin çağrı mərkəzinə (callcenter@azal.az) müraciət etmək lazımdır. Güzəştli aviabiletlərin rəsmiləşdirilməsi üçün yaşayış icazəsini təqdim etmək zəruridir. Aviabiletlərin bronlaşdırılması planlaşdırılan gediş tarixindən ən gec 14 gün əvvəl həyata keçirilməlidir. Tələbələrə səyahətlərini əvvəlcədən planlaşdırmaq və qeyd edilmiş vaxt ərzində biletləri bron etmək tövsiyə olunur. Tələbələr bu təklifdən ildə 2 dəfə yararlana bilər ki, bu da təhsil müddətində səyahət xərclərini əhəmiyyətli dərəcədə azaltmaq imkanı verəcək.
AZAL yaxın gələcəkdə digər xarici ölkələrdə təhsil alan tələbələr üçün də xüsusi endirimli tariflər tətbiq etməyi planlaşdırır.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar