Sizin Reklam Burada
Xəbər lenti
24-11-2024
23-11-2024
BÜTÜN XƏBƏRLƏR

Əhali Zəngəzur dəhlizinin açılacağına inanır? - Sorğu

Tarix: 26-09-2023 14:41     Baxış: 3151 A- / A+


Ötən gün, sentyabrın 25-i Azərbaycan və Türkiyə prezidentlərinin Naxçıvan görüşü strateji əhəmiyyətli mövzular arasında, Zəngəzur dəhlizinin açılması məsələsini də ictimai gündəmə gətirib. Müxtəlif media resursları keçirilən görüşdə Zəngəzur dəhlizinin reallaşması perspektivlərinin müzakirə ediləcəyi məlumatını bölüşüb. Görüşdən sonra Prezident İlham Əliyev mətbuata birgə bəyanatla çıxış edərkən bildirib ki, sitat: “Azərbaycanı Naxçıvan və Türkiyə ilə birləşdirən dəmiryolunun inşası da uğurla gedir. Azərbaycan ərazisində işlər böyük ehtimalla gələn ilin sonunda başa çatmalıdır”.
Sosial Tədqiqatlar Mərkəzindən verilən məlumata görə, həmçinin Prezident Naxçıvanın tarixi ədalətsizlik nəticəsində blokaya düşməsinin səbəblərini vurğulayıb: “Əfsuslar olsun ki, 1920-ci ildə sovet hakimiyyəti tərəfindən Qərbi Zəngəzur Azərbaycandan ayrılmışdır və beləliklə, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında coğrafi bağlantı kəsilmişdir. Ermənistan Azərbaycana qarşı işğalçılıq siyasətini aparmağa başlayanda Naxçıvana qarşı da onların ərazi iddiaları var idi. Burada da şiddətli döyüşlər gedirdi və məhz o vaxt Azərbaycanın böyük oğlu Heydər Əliyevin rəhbərliyi ilə, – o zaman o, Naxçıvanın başçısı idi, – Naxçıvan düşməni yerinə oturtdu və öz ərazisini qoruya bildi.”
Sosial Tədqiqatlar Mərkəzi mövzunun aktuallığını nəzərə alaraq, ötən dövr ərzində və bu ilin sentyabr ayında ölkə ictimaiyyətinin Zəngəzur dəhlizinin reallaşması perspektivləri barədə rəyini öyrənmək məqsədilə sorğular keçirib.
Cari sorğunun nəticələrinə əsasən, “Zəngəzur dəhlizinin yaxın gələcəkdə açılacağına inanırsınızmı?” sualına respondentlərin 65,4%-i tam inanıram cavabını verib. Rəyi soruşulanların 25,6%-i Zəngəzur dəhlizinin yaxın gələcəkdə açılacağına əsasən inandığını bildirib. Respondentlərin 3,9%-i Zəngəzur dəhlizinin yaxın gələcəkdə açılacağına əsasən inanmadığını, 4,1%-i heç inanmadığını ifadə edib. Onların cəmi 1,0%-i bu suala cavab verməkdən çəkinib.
Əldə olunan statistik məlumatlara nəzər saldıqda görürük ki, Zəngəzur dəhlizinin yaxın gələcəkdə reallaşacağına kişilərin 76,7%-i, qadınların 54,3%-i tam inandığını bildirib. Bununla yanaşı, ali təhsillilərin 58,7%-i, orta təhsillilərin 67,7%-i Zəngəzur dəhlizinin yaxın gələcəkdə açılacağına tam inamını ifadə edib.
Müqayisə üçün xatırladaq ki, ötən ilin dekabr ayında keçirilən sorğuda respondentlərin 62,8%-i Zəngəzur dəhlizinin reallaşacağına tam inandığını, 26,2%-i əsasən inandığını vurğulayıb. Sorğuda iştirak edənlərin 4,1%-i Zəngəzur dəhlizinin yaxın gələcəkdə açılacağına əsasən inanmadığını, 4,1%-i heç inanmadığını ifadə edib. Respondentlərin 2,8%-i bu suala cavab verməkdə çətinlik çəkib.
Bu xüsusda qeyd edək ki, Sosial Tədqiqatlar Mərkəzi 2022-ci ilin 15 oktyabr – 19 oktyabr tarixləri ərzində Naxçıvan Muxtar Respublikasında məskunlaşanlar arasında sorğular keçirib və əldə olunan məlumatlar əsasında “Zəngəzur dəhlizi: regional əməkdaşlıq perspektivləri və sosial-siyasi aspektləri” mövzusunda sosioloji kəmiyyət və keyfiyyət tədqiqatı hazırlanıb. Tədqiqat işi geniş ictimaiyyətə təqdim olunacaq.
Cari sorğunun sahə işi (məlumatların toplanılması) 2023-cü ilin 08 – 11 sentyabr tarixləri arasında icra olunub. Sorğular telefonla müsahibə formasında keçirilib və 18 yaşından yuxarı 390 respondent iştirak edib.
Sorğu 12 iqtisadi rayonu əhatə edib. Respondentlərin gender bərabərliyi qorunmaqla seçmə çərçivəsi əhali sayına proporsional müəyyən olunub. Sorğuda əhatə edilmiş respondent sayına əsasən, nəticələrin xəta əmsalı 95% əminlik intervalında 5% təşkil edir.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar