Sizin Reklam Burada
Xəbər lenti
10-09-2025
09-09-2025
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda əşyaların çatdırılmasında dronlardan istifadə oluna bilər

Tarix: 25-09-2023 14:32     Baxış: 3308 A- / A+

“İsraildə dronların sərbəst uçuşu ilə insanların əşyalarının bir nöqtədən digər nöqtəyə taksi formatında çatdırılmasında böyük uğurlar əldə edilib. Bu texnologiyanın Azərbaycanda tətbiqi üçün qanunvericilikdə dəyişiklik olunması istiqamətində qarşılıqlı əməkdaşlıq edirik”.
Manevr.az xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında IV Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) icraçı direktoru Fariz Cəfərov “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” çərçivəsində Bakıda keçirilən “Milli iqtisadiyyatda 4-cü sənaye inqilabı texnologiyalarının tətbiqi”nə həsr olunmuş “Yeni nəsil iqtisadiyyatda Süni intellekt: çağırışlar və imkanlar” mövzusunda tədbirdə bildirib.
“Bununla yanaşı, Kolumbiyanın IV sənaye inqilabı mərkəzi ilə kənd təsərrüfatında dronların tətbiqi, əşyaların internetinin tətbiqi, həmçinin kənd təsərrüfatında məhsuldarlığın artırılması istiqamətində təcrübəni öyrənirik”, - deyə o əlavə edib.“report”

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar