Sizin Reklam Burada
Xəbər lenti
24-11-2024
23-11-2024
BÜTÜN XƏBƏRLƏR

Əri evdə skripka çaldığına görə boşanır

Tarix: 24-09-2023 22:02     Baxış: 4299 A- / A+
Əri evdə skripka çaldığına görə boşanırSübut olunub ki, qonşular arasında mübahisələrin əsas səbəbi səs-küydür.

Ancaq belə çıxır ki, bir həyat yoldaşı birdən-birə səs-küylü bir hobbi ilə məşğul olarsa, evlilik eyni səbəbdən əziyyət çəkə bilər.

Bu, bir Qüds ailəsində baş verənlərdir.

Uşaqlıqdan skripka çalmağı sevən kişi birdən hobbisini xatırlayıb və yenidən alətlə məşğul olmaq qərarına gəlib. Lakin onun ifasını həyat yoldaşı bəyənməyib. Skripkanın səsləri onu o qədər qıcıqlandırıb ki, o, boşanmaq barədə fikirləşib və məsləhət almaq üçün vəkil yanına gedib.

Qadın vəkilə ailədəki münaqişənin necə başladığını danışıb. "Bir gün oğlumuz skripka ifa edən dostunun yanından qayıdıb onu musiqi dərnəyinə yazdırmağı xahiş etdi. Həyat yoldaşım və mən musiqinin uşağın inkişafına necə təsir etdiyini bildiyimiz üçün razılaşdıq. Həqiqətən də, oğlum dərsləri çox bəyəndi. Məktəbdən evə qayıdandan g sonra dərhal skripka çaldı, məşq etdi və yalnız sonra başqa işlərlə məşğul oldu".

Qadının sözlərinə görə, buna dözmək olar. Amma bir gün əri qəflətən köhnə skripka götürüb və uşaqlıqda ifa etməyi necə öyrəndiyini söyləyib, lakin sonra bu məşğuliyyəti dayandırıb.

"Ər itirdiyi vaxtın əvəzini çıxmaq qərarına gəldi" deyən qadın şikayətlənib: "O, oğlu ilə növbə ilə çalmağa başladı və ərim hər boş dəqiqədə skripkanı götürdü. Biz daha az ünsiyyət qurmağa və birlikdə vaxt keçirməyə başladıq, o, ev işləri ilə məşğul olmadı. Skripka onun həyatının mənası oldu və yalnız o, vaxtını ona həsr etməyə hazır idi".

Ancaq qadın əri və oğlunun istəyini bölüşməyib. Üstəlik, əllərindəki skripkanın səsi də onu qıcıqlandırıb.

Bir dəfə ərinə qışqırıb: "Mən bundan bezdim." "Artıq bütün bunları bir daha eşitmək istəmirəm!" Oğlum öz otağında oynayanda, hələ də birtəhər dözmək olardı, amma gündə 100 dəfə bunu edəndə əsəblərim partladı. Piano və ya gitara çalsan belə, xoşbəxt olardım. Amma skripkanın çıxardığı səslər - bu kədərli cığıltı - məni dəli edir. Daha bunu qəbil edə bilmirəm! Seç - ya mən ya da o!". lent.az

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar