Sizin Reklam Burada
Xəbər lenti
10-09-2025
09-09-2025
BÜTÜN XƏBƏRLƏR

Sülhməramlıların ölümünə görə Ordumuzun korpus komandiri işdən çıxarıldı

Tarix: 21-09-2023 15:40     Baxış: 3603 A- / A+


Sülhməramlıların ölümünə görə Ordumuzun korpus komandiri işdən çıxarıldıÖtən gün Qarabağda Rusiya sülhməramlılarının avtomobilinin atəşə tutulması nəticəsində 5 hərbçinin ölümünə görə Azərbaycan Ordusunun korpus komandiri işdən çıxarılıb.
Manevr.az saytı musavat.com-a istinadən xəbər verir ki, vəzifəsindən azad edilən şəxs 1-ci Ordu Korpusunun (Bərdə Korpusu - red.) komandiri Qiyas Abbasovdur.
 
Bəlli olub ki, Azərbaycan tərəfə sürətlə hərəkət edən Rusiya sülhməramlılarının maşınını səhvən erməni avtomobili sayaraq atəş altına alan əsgərlər onun tabeçiliyində xidmət göstərib.
Q. Abbasovun 23 saatlıq antiterror tədbirlərində və ondan da əvvəl yetərsiz fəaliyyət göstərdiyi iddia edilir.
Qeyd edək ki, Abbasov Qiyas Abbas oğlu 19.12.1975-ci il tarixində Ağcabədi rayon Poladlı kəndində anadan olub. Aprel döyüşləri və Vətən müharibəsinin iştirakçısı olub. Vətən müharibəsindən sonra “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”, “Cəbrayılın alınması uğrunda” və “Zəngilanın alınması uğrunda” medalları ilə təltif edilib.
 
O, 2021-ci ildə general Hikmət Həsənovun yerinə 1-ci Korpusa komandir təyin olunub. Daha əvvəl isə 3-cü Ordu Korpusunun komandir müavini vəzifəsində çalışıb. 

Q.Abbasov 1-ci Korpusa komandir təyin edilərkən polkovnik rütbəsində olub. Onun general-mayor Hikmət Həsənova yaxın hərbi kadr olduğu qeyd edilir.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar