Sizin Reklam Burada
Xəbər lenti
22-01-2025
21-01-2025
BÜTÜN XƏBƏRLƏR

Taxtakörpü-Ceyranbatan su kəmərində sızma yaşanır - Video

Tarix: 19-09-2023 14:57     Baxış: 4199 A- / A+


Taxtakörpü su anbarından Ceyranbatan su anbarına gələn əsas su xətlərindən birində sızma yaşanır.
Manevr.az xəbər verir ki, məsələ ilə bağlı Report-a açıqlama verən "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" ASC-nin nümayəndəsi Dilqəm Şərifov bildirib ki, Ceyranbatan su anbarı Bakının su təchizatını həyata keçirir:
"Həmin anbar isə sözügedən boru xətti vasitəsilə Taxtakörpü su anbarından qidalanır. Ona görə də həmin kəmərdə su axınını dayandırıb xətti təmirə bağlaya bilmirik. Amma payız aylarında həmin boru xəttini təmirə bağlayacağıq. Həmin boru xəttində bir neçə yerdə sızmalar var ki, onların hamısı təmir olunacaq. Bu məsələdən xəbərimiz var. Biz maksimum çalışırıq ki, Ceyranbatan su anbarı dolsun. Ora müəyyən bir vaxta qədər su yığılandan sonra xətti bağlayıb, təmirə başlayacağıq”.
D. Şərifov qeyd edib ki, xətti təmirə bağladıqda su təchizatı ilə bağlı heç bir problem olmayacaq: "Həmin ərazidən iki su xətti keçir ki, onları növbəli şəkildə təmirə bağlayacağıq”.

Manevr.az



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar