Xəbər lenti
439 müharibə əlili yüksək texnologiyalı protezlə təmin edilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən bu ilin 8 ayında əlilliyi olan şəxslərə ötən ilin müvafiq dövrünə nisbətən 28 faiz çox olmaqla 54,8 min reabilitasiya vasitəsi verilib.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, onlardan 2231-i təkərli oturacaq, 291-i mühərrikli təkərli oturacaq, 1988-i aşağı və yuxarı ətraf, habelə döş protezi, 1232-i eşitmə aparatı olub. Həmçinin əlilliyi olan şəxslərə 2183 cüt protez ayaqqabı, 4496 cüt ortopedik ayaqqabı, 50 səsli tonometr, 48 səsli tibbi termometr, 117 korset, 1795 qoltuqaltı və dirsəkaltı ağac,19 hərəkətli qaldırıcı qurğu və s. reabilitasiya vasitələri təqdim edilib.
Yanvar-avqust aylarında 7,5 min şəxs reabilitasiya vasitəsi ilə təmin edilib.
Müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin yüksək texnologiyalı son nəsil protezlərlə təminatı işləri bu il də davam edib.
Ümumilikdə 44 günlük Vətən müharibəsindən sonra sosial dəstək proqramı çərçivəsində müharibə ilə əlaqədar əlilliyi olan 439 şəxs 458 ədəd yüksək texnologiyalı müasir protezlə təmin edilib, müharibə ilə əlaqədar əlilliyi olan 1990 şəxsə 43,1 min reabilitasiya vasitəsi verilib.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar