Xəbər lenti
Markes - "İtirilmiş nəsil" deyilən ədəbiyyatın qızıl dövrü - KƏRAMƏT YAZIR
KƏRAMƏT
...ORDAN BAŞLAYIM ki, istər bizdən əvvəlkilər, istərsə də sonrakılar əllərinə "silgi" alıb bizim ədəbi nəsli silməkdən ötrü biri-biriylə yarışa girdilər, adətən
...bax onda özümə söz verdim ki, haqqı yeyilən, hər yerdən dışlanan, t/v-lərin, görsəl və internet məkanının saymazdan gəldiyi (artıq özlərincə üstümüzü çoxdan torpaqlamışdılar), kirayələrdə yaşayıb ev almaq həsrətilə dünyasını dəyişən , ÖZÜNDƏN ƏVVƏLKİLƏR UĞRUNA FƏDAKARLIQ GÖSTƏRƏN, ÖZÜNDƏN SONRAKILARA KÖRPÜ, DAYAQ OLAN 80-CİLƏRİN RUHUNU , BƏDİ TƏFƏKKÜRÜNÜ İRƏLİ DAŞIMAQ MİSSİYAM VAR VƏ ÖLMƏYƏ, məğlub olmağa haqqım yoxdur. Ən çətini fiziki-mənəvi məhrumiyyətlərə davam gətirib yola çıxdığımız Təmənnasız Ədəbiyyat uğruna dimdik durmağı bacarmaqdı.
Çünki, mən təkcə KƏRAMƏT imzasını təmsil etmirəm.
Təbi ki, içimizdə fərasətlilər də vardı və onlar içlərindəki "Son Allahı da satıb" məişət qayğılarını, meşşan ehtiraslarını ödədilər, elə ordaca da ədəbi hərəkətləri dayandı. Çünki, məhv etmədən heç nə verilmir.
Yeri gəlmişkən, "yeni.səs" saytının-Əbülfət Mədətoğlunun ədəbi projektoru bu nəslin yaradıcılığı üzərinə yönəltməsini də təqdirlə qarşıladığımı vurğulamasam, mən də olaram, oo-ların tayı.
Bilmirəm, dünyasını dəyişən, yaşayan DOSTLARımı nə dərəcədə təmsil edə bilirəm, bilmişəm, biləcəyəm.
Bizlər Azərbaycanı bütöv sevdik, bölgə-bölgə yox, biz rus əsgəri aftomatı sinəmizə dayayanda sinəmizi bir az da qabardanlarıq, Qarabağ işğal olunanda Qubadlıda son mitinqə özünü yetirənlərik, biz ədəbiyyatı "Vətən" bilib səssiz-səmirsiz sevənlərik.
Siz bizə qayıdıb təzədən yazdıqlarınızı gözdən keçirəndə boşluqlar görəcəksiniz və bu boşluğu doldurmadan, daşları yerinə oturtmadan kəm-kəsir olduğunuzu görəcəksiniz.
BİZ HAQQI ALLAHSIZCASINA YEYİLƏN QÜRURLU 80-Cİ İLLƏR NƏSLİYİK. O boşluqdan üstünüzə acı küləklər əsəcək, hələ çox.
Bir az pafosik olduğunun da fərqindəyəm.
Gələk Markesə...deyir ki, gənckən bizə "itirilmiş nəsil" deyilən bir İspandilli yazıçı qrupu göstərib məsləhət bilmədilər oxumağı. Amma mən oxudum və gördüm ki, İSPANDİLLİ ƏDƏBİYYATIN QIZIL DÖVRÜ "İTİRİLMİŞ NƏSİL" KİMİ BİZƏ TƏQDİM OLUNAN BU NƏSİLMİŞ. Davam edir ki, əgər onlardan qidalanmasaydım mən Markes olmazdım.
Çalışın ki, ölməyəsiniz, təkcə öz xətrinizə yox.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar