Xəbər lenti
Azərbaycanda pensiya yaşı artırılır?
Avropa Birliyində pensiya yaşının artırılması ilə bağlı müzakirələr aparılır.
Manevr.az xəbər verir ki, bu barədə Trend-ə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib.
O qeyd edib ki, Azərbaycanda pensiya yaşının artırılması ilə bağlı rəsmi müzakirələr aparılmayıb.
"Düzdür, sosial şəbəkələrdə və mediada bununla bağlı müəyyən mülahizələr var, amma təbii ki, biz indiki halda pensiya yaşının artırılmasını məqsədəuyğun hesab etmirik. Əslində bizim təklifimiz ondan ibarət idi ki, qadınlar və kişilərin pensiya yaşı arasında fərq yaransın. Bu həm də ona görə vacibdir ki, bir sıra inkişaf etmiş ölkələrdə qadınlar kişilərdən daha tez pensiyaya çıxmaq hüququ əldə edirlər.
Biz də təklif edirik ki, oxşar praktika Azərbaycanda da tətbiq olunsun. Amma indiki halda pensiya yaşının artırılması deyil, pensiya kapitalından daha səmərəli istifadə edilməsi, orta pensiya kapitalının qanunvericiliyə gətirilməsi istiqamətində genişlənmə olması daha məqsədəuyğundur", - deyə V.Bayramov əlavə edib.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar