Sizin Reklam Burada
Xəbər lenti
22-01-2025
21-01-2025
BÜTÜN XƏBƏRLƏR

Rüşvətə görə məhkum edilmişdi, məktəb direktoru təyin olundu

Tarix: 15-09-2023 16:18     Baxış: 4190 A- / A+
Tərtər rayonunda rüşvət və dələduzluq kimi əməllərdə təqsirli bilinərək məhkum edilmiş və cəza müddətini başa vurmuş Yaşar Məhərrəmov məktəb direktoru təyin edilib.
Manevr.az “qafqazinfo”ya istinadla xəbər verir ki, ötən il Cinayət Məcəlləsinin 32.4, 312.2-ci (rüşvət vermədə iştirak) və 178-ci (dələduzluq) maddələri ilə təqsirli bilinən və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 1 il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 1 il şərti cəzaya məhkum edilən Y.Məhərrəmov təhsil nazirinin əmri ilə Tərtər rayon Evoğlu kənd tam orta məktəbinə yeni direktor təyin edilib. O bu gün orta məktəbdə keçirilən tədbirlə birgə direktor kimi vəzifsinin icrasına başlayıb.
Bildirilib ki, Y.Məhərrəmov bu məktəbdə 2006-2011-ci illərdə də direktor vəzifəsində çalışıb. O, müxtəlif vaxtlarda rayonun Yuxarı Sarıcalı kənd tam orta məktəbinin direktoru, rayon Təhsil Şöbəsinin müdiri vəzifələrini də tutub.
Yaşar Məhərrəmov "Qafqazinfo"ya açıqlamasında barəsində məhkəmənin çıxardığı hökmün tələbinin artıq ödənildiyini bildirib. O, Təhsil Haqqında Qanunun müəyyən edilmiş hallarda cəzası ödənilmiş şəxsin sonradan pedoqoji fəaliyyətə davam etməsinin mümkün olduğunu əlavə edib.



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar