Xəbər lenti
Deputat müraciət etdi, şəhid övladı işlə təmin olundu

Deputat Müşfiq Məmmədli nazirə müraciət edərək, şəhid övladının işlə təmin olunmasına köməklik göstərib.
Manevr.az xəbər verir ki, bu barədə deputat özü açıqlama verib:
"Bu yaxınlarda şəhid Hikmət Məmmədovun övladı İntizar Həmidova bizə müraciət edərək Müəllimlərin işə qəbulu imtahanında yüksək nəticə göstərdiyini, lakin müsahibə zamanı müəyyən çətinlik olduğunu bildirmiş, bununla bağlı köməklik göstərilməsini qeyd etmişdir. Biz də öz növbəmizdə cənab nazir Emin Əmrullayevə müraciət edərək, vətəndaşın şəhid övladı olmasını nəzərə alaraq işlə təmin olunmasını xahiş etdik. Hörmətli Emin müəllim operativ olaraq müraciətə reaksiya vermiş və İntizar xanım Sumqayıtda fəaliyyət göstərən məktəbə işə qəbul olunmuşdur. Göstərdiyi həssas münasibətə görə cənab nazirə öz adımdan təşəkkür edirəm".
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar