Sizin Reklam Burada
Xəbər lenti
08-08-2026
07-08-2026
BÜTÜN XƏBƏRLƏR

64 il sonra bəraət aldı

Tarix: 14-09-2023 21:17     Baxış: 3203 A- / A+
Rusiya dövləti Başqırdıstan Respublikasının 86 yaşlı sakini Fətulla İsaqova 31,6 milyon rubl təzminat ödəməlidir.

Başqırdıstan paytaxtı Ufanın Lenin Rayon Məhkəməsi belə qərar çıxarıb.

Fətulla İsaqov 64 il əvvəl qanunsuz tutularaq işgəncələrə məruz qalması və mühakimə edilməsindən şikayətçi olaraq Rusiya Maliyyə Nazirliyindən 450 milyon rubl mənəvi zərər əvəzi tələb etmişdi.

1959-cu ildə tutulan Fətulla İsaqov qonşusunun evinə hücum çəkərək üç qadını baltalamaq cəhdində təqsirli bilinib, 13 il həbsdə yatıb.

O vaxt Fətulla İsaqovun üzünə durmuş Nail Səidbatalov 2012-ci ildə prokurorluğa gedərək cinayəti özünün törətdiyini, Fətulla İsaqova şər atdığını etiraf edib.

2023-cü ildə Rusiya Ali Məhkəməsi Fətulla İsaqova bəraət verib.

Fətulla İsaqov bəraət qərarından razı qalsa da, təzminat məbləğinin azlığından gileylidir və yuxarı məhkəməyə şikayət etmək niyyətindədir. novator.az

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar