Sizin Reklam Burada
Xəbər lenti
24-11-2024
23-11-2024
BÜTÜN XƏBƏRLƏR

Sağlamlıq haqqında arayış kimlərə pulsuz verilir?- RƏSMİ

Tarix: 13-09-2023 17:50     Baxış: 3226 A- / A+

Sağlamlıq haqqında arayış kimlərə pulsuz verilir?- RƏSMİ


Ötən ilin may ayından etibarən Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) qərarı ilə sağlamlıq haqqında arayış üçün ödənişin məbləği 40,12 manata qaldırılıb.
Əvvəllər arayışın məbləği 16 manat təşkil edib. 
Bu arayışın etibarlılıq müddəti isə 30 gündür. Vətəndaş yalnız tibbi göstərişi - yəni sağlamlıqla bağlı şikayəti olduğu halda pulsuz tibbi müayinədən keçə bilər. 
Bəs hansı kateqoriyada olan şəxslər üçün tibbi arayış ödənişsizdir? 
Manevr.az-ın xəbərinə görə, TƏBİB-dən cebhe.info-nun sorğusuna cavab olaraq bildirilib ki, sağlamlıq haqqında arayışlar ödənişlidir və qeyd olunan məbləğ rəsmi rüsumdur: 
"Sağlamlıq haqqında arayış alınması tibbi göstəriş əsasında deyil, profilaktik müayinə olduğu üçün icbari tibbi sığorta təminatına daxil deyil. Sürücülük vəsiqəsi almaq üçün, işə qəbul zamanı tələb olunan, peşə xəstəliyini müəyyən etmək üçün tibbi müayinələrdən keçmək və s. ödənişli arayışlardır. Bu arayışlar üçün tariflər tibbi xidmətlərin maya dəyəri, əhalinin tələbatı, dünya təcrübəsi, həkim müayinələri, instrumental-laborator müayinələrin həcmi nəzərə alınaraq müəyyən edilib.
Belə ki sağlamlıq haqqında arayışlara terapevt, cərrah, nevropatoloq, oftalmoloq, otolarinqoloq, dermatoveneroloq, stomatoloqun ixtisaslı həkim müayinəsi, flüoroqrafiya, qanın ümumi analizi, sidiyin ümumi analizi daxildir. Hər bir arayışın təsviri Səhiyyə Nazirliyinin qərarları ilə tənzimlənir. Azərbaycan Respublikasının Prezidentinin 13 may 2022-ci il tarixli 1677 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Müşahidə Şurasının 2 nömrəli Protokolu ilə TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələri tərəfindən əhaliyə icbari tibbi sığorta üzrə Xidmətlər Zərfinə daxil olmayan ödənişli əsaslarla göstərilən tibbi xidmətlərin, sığortaolunmayan şəxslərə göstərilən tibbi xidmətlərin siyahısı və tarifləri təsdiq edilib. Sağlamlıq haqqında arayışlar ödənişlidir və qeyd olunan məbləğ rəsmi rüsumdur". 

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar