Xəbər lenti
Sabiq nazir: “Paşinyanın ən çox qorxduğu şey müharibədir”
"Azərbaycan Silahlı Qüvvələrinin hərbi təlimlərə başlaması erməniləri qorxuya salıb. Baxmayaraq ki, bəzi mətbuat orqanları yazır ki, erməni revanşistlər müharibə istəyirlər, bu, tamamilə yanlış fikirdir. Beynəlxalq təhlillər göstərir ki, 44 günlük müharibədə erməni ordusu darmadağın olub. Ermənistanın indiki iqtisadi durumu da imkan vermir ki, ordunu yenidən qursun. Ona görə Paşinyanın ən çox qorxduğu şey müharibədir”.
Manevr.az xəbər verir ki, bunu sabiq xarici işlər naziri Elmar Məmmədyarov deyib.
O əlavə edib:
"İndi də müharibə olmasın deyə Paşinyan düşüb qapı-qapı gəzir. Aparıcı dövlətlərin liderlərini Azərbaycana minnətçi salmaq istəyir ki, müharibə olmasın. Paşinyan bilir ki, növbəti müharibə təkcə onun siyasi karyerasının yox, bütövlükdə Ermənistanın sonu ola bilər”.
E.Məmmədyarov bildirib ki, hərbi toqquşmalar Ermənistanı sülhə məcbur edəcək:
"Dəfələrlə demişəm ki, sülh sazişinin imzalanması üçün hansısa hərbi toqquşma olmalıdır. Müharibə və yaxud qısamüddətli toqquşma Paşinyanı sülh sazişini imzalamağa məcbur edəcək. İndiki vaxtda Ermənistan hakimiyyəti ikili oyun oynayır. Nə sülh istəyir, nə müharibə.
Keçmiş nazir antiterror əməliyyatının keçirilməsini vacib sayır:
"Hazırda Azərbaycan Ordusu Ermənistanla şərti sərhəd zonasına tam nəzarət edir. Lakin Qarabağda mənzərə bir qədər fərqlidir. Oradakı separatçılar təkcə insanlarımıza deyil, dövlətimizə də ciddi təhlükə yaradırlar.
Nəzərə alsaq ki, Sərsəng su anbarından Qırmızı Bazara qədər bir çox strateji obyektlər hazırda erməni separatçıların nəzarətindədir, ona görə də bu ərazidə antiterror əməliyyatı zəruridir, vacibdir.
Paşinyanın ehtiyat etdiyi variantlardan biri də budur ki, Azərbaycan Qarabağda antiterror əməliyyatı keçirsin və bütün erməni ünsürləri süpürüb birdəfəlik atsın. Bu da Paşinyan üçün yaxşı heç nə vəd etmir. Ona görə də Paşinyan əl-ayağa düşüb. Gah Fransa, gah Almaniya, gah da Türkiyə prezidentinə zəng edərək onlardan xahiş edir ki, rəsmi Bakını müharibədən və yaxud antiterror əməliyyatından çəkindirsinlər”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar