Xəbər lenti
Əsir hərbçilərimiz valideynləri ilə danışdı
Xəbər verdiyimiz kimi, Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) əməkdaşları Ermənistanda saxlanılan iki Azərbaycan vətəndaşına yenidən baş çəkiblər.
“Onlarla təkbətək görüş keçirilib və ailələri ilə əlaqələri yaradılıb. Mandatına uyğun olaraq, BQXK başçəkmələr zamanı saxlanılan şəxslərlə rəftarı və saxlanma şəraitini qiymətləndirir və onların ailələri ilə əlaqələrini bərpa etmək və ya davam etdirmək üçün şərait yaradır. BQXK-nın prosedurlarına uyğun olaraq, başçəkmələrlə bağlı müşahidələr və tövsiyələr yalnız saxlayan tərəflə paylaşılır”, – məlumatda bildirilir.
Manevr.az xəbər verir ki, Modern.az əsirlərin yaxınları ilə əlaqə saxlayıb və onlar məlumatı təsdiq edib.
Ermənistanda əsir saxlanılan Azərbaycan Ordusunun əsgəri Hüseyn Axundovun anası Şəlalə Axundova saytımıza açıqlamasında telefon danışığının dünən baş tutduğunu bildirib.
“Dünən danışdıq. Adi zənglə danışdıq. Dedi “yaxşıyam, İnşallah tezliklə vətənə gələrəm. Dua edin ki, evimizə gəlim”. 2-3 kəlmə mənlə və bacısı ilə danışdı. Soruşdu ki, “necəsiz? Qardaşım necədi? Salam de, ona de sizə yaxşı baxsın”. Bacısı ilə danışdı, o da ağladı, bacısı da. Dedi “dua edin, darıxmayın”.
Aqşin Bəbirovun anası Dürdanə Bəbirova da oğlu ilə danışıb, az da olsa sevindiyini bildirib.
“Görüntülü danışmadıq, təəssüflər olsun ki, səsli danışdıq. Deyirlər, iki dəfə danışmısız, çəkib paylaşmısız. Problem yaratdılar, bizə görüntülü şəkildə göstərmədilər. Ana balasının səsini eşidəndə az da olsa rahatlayır. Əsas odur, balalarımızı qaytarsınlar. Gecəmiz, gündüzümüz göz yaşıdır. Həmişəki kimi oradan deyir ki, “ana yaxşıyam, siz yaxşı olun”. Zarafat da elədi ki, “ana, evə gələndə nə alım?” anasının üzü gülsün deyə. Mən ümid edirəm, tez qayıdarlar.
Şükür səsi yaxşı gəlirdi. Dedi, “siz yaxşı olun, mən yaxşıyam. Burada köməklik edirlər, gələcəm”. Rahat danışdı, bizi də rahatlaşdırdı. Dedi, “bacımın yanında ağlamayın, uşaqdır, pis olar”.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhədboyu ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən Azərbaycan ordusunun itkin düşmüş əsgərləri – 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu Ermənistan tərəfindən əsir götürülüb.
Aqşin Bəbirov və Hüseyn Axundov “Ermənistanın dövlət sərhədini qanunsuz keçməkdə, odlu silah və döyüş sursatı daşımaqda” ittiham olunurlar, onlar həbs edilib. Hüseyn Axundov “Zəngəzur mis-molibden kombinatının gözətçisini qətlə yetirməkdə” də təqsirləndirilir.
Manevr.az

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar