Sizin Reklam Burada
Xəbər lenti
10-09-2025
09-09-2025
BÜTÜN XƏBƏRLƏR

Ay Günəşə görə hər gün iki dəfə silkələnir

Tarix: 12-09-2023 08:46     Baxış: 3245 A- / A+
“Ayın səthi Günəşin təsirinə görə hər gün iki dəfə - səhər və axşam silkələnir. Bu dalğalanmalar o qədər müntəzəm və dəqiqliklə baş verir ki, hətta saatları onlara uyğun qurmaq olar”.

Bu barədə ABŞ-nin Kaliforniya Texnologiya İnstitutunun alimlərinin araşdırmasından məlum olub. Onların tədqiqatları “Journal of Geophysical Research: Planets” (“JRG: Planets”) elmi jurnalında dərc olunub.

Mütəxəssislər bu təkanların səbəbini Günəş şüaları ilə qızma nəticəsində Ayın səthində temperaturun qəfil dəyişməsi ilə izah ediblər.

“İzolyasiya edən atmosferi olmadığından Ayın səthi bir gündə +120 dərəcəyə qədər qıza və sonra -133 dərəcəyə qədər soyuya bilər. Temperaturun dəyişməsi Ay bünövrəsinin sıxılmasına və genişlənməsinə səbəb olur ki, bu da kiçik Ay zəlzələləri ilə nəticələnir”, - deyə tədqiqatçılar izah ediblər.

Tədqiqatçılar Yerin peykində qeyri-adi seysmik aktivlik mənbəyini də aşkar ediblər. Buranın 1976-cı ildə Aya yollanan “Apollon 17” kosmik gəmisinin eniş yeri olduğu ortaya çıxıb. Bildirilir ki, metal konstruksiyalar o qədər güclü qızıb ki, onların vibrasiyasını seysmometrlərdən istifadə etməklə də aşkar etmək mümkün olub.

Ekspertlərin sözlərinə görə, Ay zəlzələlərinin təbiətini başa düşmək gələcək insanlı missiyalar və Ayda bazaların yaradılması üçün vacibdir.

Bundan əlavə, yeraltı təkanlar nüvəni öyrənməyə imkan verir. Belə ki, seysmik dalğalar müxtəlif materiallar vasitəsilə müxtəlif sürətlə yayılır, bu isə alimlərə buz yataqlarının və digər resursların axtarışına kömək edə bilər. oxu.az

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar