Sizin Reklam Burada
Xəbər lenti
10-09-2025
09-09-2025
BÜTÜN XƏBƏRLƏR

ABŞ-də yeddi yaşlı qız ad günündə parkda nadir brilyant tapıb - Şəkil

Tarix: 10-09-2023 07:47     Baxış: 4187 A- / A+
Bu ayın əvvəlində yeddi yaşını qeyd edən qız Arkanzas ştatının parkında nadir 2,95 karat çəkidə qızılı-qəhvəyi almaz tapıb.

Verilən məlumata görə, Paraqulddan olan Aspen Braun atası və nənəsi ilə birlikdə “Almaz krateri” dövlət parkına səyahət zamanı noxud böyüklüyündə qiymətli daş tapıb. O, qədim almazla zəngin olan vulkan səthinin hündürlüyündəki böyük daşlar toplusunun yanında dincəlirmiş. Bu zaman parlaq bir şey onun diqqətini çəkib.

“Daha sonra isə onun mənə tərəf qaçaraq “Ata! Ata! Mən bir şey tapdım!” dediyini xatırlayıram”, - deyə onun atası Lüter Braun bildirib.

Ailə tapıntını qiymətləndirmək üçün ekspertlərə aparıb və onlar qızın həqiqətən də nəhəng bir brilyant tapdığını təsdiqləyiblər.

Nadir daşın dəyəri sirr olaraq qalır. Ad günü münasibəti ilə Aspen qiymətli daşa öz adını verməyə qərar verib.

“Aspen brilyantı qızılı qəhvəyi rəngə və işıq saçan parıltıya malikdir. Bu, qırıq kənarları olmayan və almazın yaranması zamanı bir tərəfində əmələ gələn kiçik bir boşluğu olan bütöv kristaldır”, - deyə park gözətçisinin köməkçisi Ueymon Koks bildirib. oxu.az

Manevr.az 



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar