Sizin Reklam Burada
Xəbər lenti
10-09-2025
09-09-2025
BÜTÜN XƏBƏRLƏR

Polis Abşeronda əməliyyat keçirdi - Saxlanılanlar var

Tarix: 09-09-2023 13:31     Baxış: 3157 A- / A+


Abşeron Rayon Polis İdarəsi, eləcə də ərazi üzrə Mehdiabad, Qobu və Saray Polis Bölmələri tərəfindən hüquqpozmalara qarşı növbəti əməliyyat-profilaktiki tədbirlər keçirilib.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Əməliyyatlar zamanı saxlanılan əvvəllər dəfələrlə məhkum olunmuşlar - Nizami İsgəndərovdan 1 ədəd “Naqan” tipli tapança 3 ədəd patron, Asif Astanovdan 1 ədəd “Kalaşnikov” markalı avtomat, 1 ədəd daraq, 27 ədəd patron, Azad Qənbərovdan 1 ədəd tapança, 3 ədəd patron, Davud Rəhimov və Pərviz Əliağayevdən isə 3 kiloqrama yaxın heroin, həmçinin metamfetamin aşkar edilib.
Digər əməliyyat zamanı Abşeron rayonunda oğurluqlar və müxtəlif növ cinayət törətdiklərinə görə axtarışda olan 8, “isti izlərlə” cinayətin açılması üzrə 14, narkotiklə əlaqəli cinayətlərə görə 19 nəfər saxlanılıb. Tədbirlər zamanı qanunsuz küçə ticarəti, avaralıq və dilənçiliklə bağlı 31, xırda xuliqanlığa və xırda talamaya görə 58 fakt aşkarlanıb, mülki axtarışda olan 25 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Bununla yanaşı Abşeron Rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı yol hərəkəti qaydalarını pozan 156, narkotik vasitənin təsiri altında sükan arxasında əyləşən 2, avtoxuliqanlıq edən 19, dayanma-durma qaydalarını pozan 220 sürücü inzibati məsuliyyətə cəlb edilib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar