Sizin Reklam Burada
Xəbər lenti
10-09-2025
09-09-2025
BÜTÜN XƏBƏRLƏR

Kəngərlidə şəhidlərin xatirəsinə bulaq-abidə ucaldılıb - Şəkillər

Tarix: 07-09-2023 21:40     Baxış: 3469 A- / A+
Kəngərli rayonunun Qabıllı kəndindən Vətən müharibəsinə yollanmış şəhidlərin xatirələrinə ucaldılmış bulaq-abidə istifadəyə verilib.

Vətən müharibəsi şəhidləri Həmid Qasımov, Qurban İbrahimov və İbrahim Əliyevin xatirəsinə ucaldılmış bulaq-abidənin açılış mərasiminə həsr olunmuş tədbirdə Kəngərli Rayon İcra Hakimiyyətinin başçısı Kamal Ələkbərov, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparat rəhbəri Fərid Bağırzadə, şəhidlərin valideynləri, Vətən müharibəsi qaziləri və kənd sakinləri iştirak ediblər.

Çıxış edənlər Kəngərli yurdunun vətənpərvər övladlarının Vətən müharibəsində xüsusilə fərqləndilərini diqqətə çatdırıb, şəhidlərin döyüş yolundan, onların göstərdiyi qəhrəmanlıq, igidlik və şücaətlərindən söhbət açıb, şəhidlərin vətənpərvər ruhda böyümələrində ailə və məktəbin böyük rolundan danışıblar.

Qeyd olunub ki, Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən mərdlik və igidlik göstərdiklərinə görə baş leytenant Həmid Oruc oğlu Qasımov, Xüsusi Təyinatlı Qüvvələrin baş çavuşu Qurban Namiq oğlu İbrahimov və leytenant İbrahim Mustafa oğlu Əliyev Prezident İlham Əliyevin Sərəncamları ilə müxtəlif medallarla təltif olunublar.

Sonda şagirdlər vətənpərvərlik mövzusunda şeirlər səsləndiriblər. Şəhidlərin xatirəsinə ehsan süfrəsi açılıb, ruhlarına dualar oxunub. report

Manevr.az 












Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar