Sizin Reklam Burada
Xəbər lenti
16-09-2024
15-09-2024
BÜTÜN XƏBƏRLƏR

“TikTok”dan “makler” tapdılar, başlarına iş gəldi

Tarix: 07-09-2023 20:10     Baxış: 4242 A- / A+



"İki həftə əvvəl "TikTok"dan tapdığımız "makler" nömrəsi ilə əlaqə saxlayaraq Qəbələdə ev kirayələdik. Lakin dələduzluqla üzləşdik".
Manevr.az "qafqazinfo"ya istinadən xəbər verir ki, bu şikayətlə adının çəkilməsini istəməyən vətəndaş müraciət edib.
Vətəndaş iddia edir ki, özünü "makler" kimi tanıdan şəxs onları aldadıb: "Öncədən 300 manat pul ödədik. Guya bizim üçün endirim etmişdi. Qalan 300 manatı isə evə köçəndən sonra ödəyəcəkdik. 7 günlük qalacağımız evə avqustun 25-i köçəcəkdik. Lakin gedəcəyimiz gün bizə yazaraq dedi ki, iş alınmır. Ödənişi geri istəyəndə isə müxtəlif bəhanələr gətirdi. Əvvəlcə iki gün möhlət istədi, daha sonra isə ödəyə bilməyəcəyini dedi. Bir neçə gün sonra nömrəsinə zəng çatmadı. Sadəcə vatsapda aktiv idi. Zəng edirdik cavab vermirdi. Yalnız mesaj yazırdı. Hazırda isə nə zəng çatır, nə mesajlara cavab verir. "TikTok"dakı səhifəsini də bağlayıb". 
Şikayətçinin sözlərinə görə, həmin şəxs başqa insanlara qarşı da dələduzluq edib: "Qəbələdə olarkən başqa bir "makler"lə danışaraq ev kirayələdik. Həmin "makler"dən bu şəxsi soruşanda onu tanımadığını bildirdi. Amma dedi ki, son bir neçə gün ərzində eyni hadisə ilə qarşılaşan və onlara müraciət edən şəxslər çox olub. Bəlkə də o olmayıb, lakin bu halla üzləşənlər çoxdur. Biz pulu çöldən tapmamışıq. Amma bir anın içində onu itirdik". 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar