Sizin Reklam Burada
Xəbər lenti
16-09-2024
15-09-2024
BÜTÜN XƏBƏRLƏR

Bakıda ŞOK - Gənc qız erməniyə videolar göndərdi: "Məqsədim..."

Tarix: 07-09-2023 16:13     Baxış: 4191 A- / A+

Bakı Ağır Cinayətlər Məhkəməsində 20 yaşlı F.Ə.-nin cinayət işi üzrə məhkəmə araşdırmaları keçirilir. F.Ə. Ermənistana casusluqda, bu ölkənin xüsusi xidmət orqanının əməkdaşı vasitəsilə Azərbaycan haqda məlumatlar ötürməkdə ittiham olunur. Ona Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham verilib. Bu maddənin sanksiyasında 20 ilə qədər və ya ömürlük azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub. F.Ə.-nı bir neçə ay öncə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları saxlayıb. Laçın-Xankəndi yolunun Şuşa ərazisindən keçən hissəsində 2022-ci il dekabrın 12-dən başlanan və 138 gün davam edən etiraz aksiyasının iştirakçıları arasında o da olub.
Onun teleqram platforması üzərindən tanış olduğu Ermənistan xüsusi xidmət orqanı əməkdaşına məlumatlar, video və fotoşəkillər göndərdiyi iddia edilir. Görüntülərin bir hissəsinin Bakının müxtəlif yerlərindən olduğu bildirilir. Məhkəmədə ifadə verən F.Ə. özünü təqsirli bilməyib. Deyib ki, Ermənistana casusluq etməsi haqda ittiham həqiqətə uyğun deyil.
Çünki teleqramda tanış olduğu adamı rus zənn edib. Onun sözlərinə görə, həmin şəxslə də məlumat ötürmək üçün yox, şəxsi məqsədlə tanış olub: “Əvvəl heç onun erməni olduğunu bilməmişəm. Məqsədim adi insan kimi tanışlıq olub. Başqa məqsədim – Azərbaycan barədə məlumat vermək niyyətim olmayıb”.
Foto-video məsələsinə gəlincə, F.Ə. bildirib ki, qarşı tərəf ondan bəzən müəyyən yerlərdə görüntülərini çəkib göndərməsini istəyirdi, o da göndərirdi. Onun işi üzrə məhkəmə araşdırmaları davam edir.
Ötən il dekabrın 12-dən Laçın-Xankəndi yoluna ekofəal vətəndaşlar aksiya keçirib. 138 gün davam edən aksiyanın iştirakçıları Qarabağdakı qızıl və mis yataqlarında monitorinq keçirilməsini tələb edirdilər.(Musavat.com)

Manevr.az



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar