Sizin Reklam Burada
Xəbər lenti
21-10-2024
20-10-2024
BÜTÜN XƏBƏRLƏR

Uşağın övladlığa verilməsi ondan gizlədilməlidir? - AÇIQLAMA

Tarix: 05-09-2023 18:32     Baxış: 4133 A- / A+
Ötən gün Lənkəranda 15 yaşlı qızın vaxtilə onu başqa ailəyə övladlığa verən anası tərəfindən qaçırıldığı iddiası müzakirələrə səbəb olmuşdu. Uşağın qanuni ailəsi qızın zorla qaçırıldığını bildirsə də, Daxili İşlər Nazirliyi onun könüllü şəkildə bioloji anasının yanına getdiyini açıqlamışdı.
Burada müzakirə predmeti olan əsas məsələ isə övladlığavermə məsələsində məxfiliyin pozulması ilə bağlıdır. Qeyd edilir ki, uşaq övladlığa verildikdən sonra onun hansı ailəyə verilməsi gizli saxlanılmalı olsa da, buna əməl edilməyib.Bəs qanunvericilikdə bu barədə nə deyilir?

Manevr.az-ın məlumatına görə, DOST Agentliyinin Övladlığa götürmə şöbəsinin müdiri Cavid İmamoğlu Ölkə.Az-a bildirib ki, uşaqdan övladlığa verildiyini gizlətmək nəzəri olaraq mümkün olsa da, praktikada həmişə belə olmur:
“İlk başdan deyim ki, körpə yaşlı uşağı övladlığa götürən valideynlərə şiddətli tövsiyələrimizdən ən birincisi bunu uşaqdan gizlətməməkdir. 2020-ci ildən qanunvericilik də bunu dəstəkləyir (Ailə Məcəlləsi -130.5).
Periodik olaraq övladlığa götürülmüş uşaq özü ilə ailəsi arasında gözlə görünə biləcək fərqləri ilk əvvəllər duya, daha sonrakı illərdə rasional analiz edə bilir. Məsələn, boyu qısadırsa, ailədə kimə oxşayır, zehni itidirsə kimə çəkib, irsi bir xəstəliyi olsa, nəsildə kimdə var kimi.
Xüsusən də yeniyetməlik yaş dövründən etibarən uşaqlar kimlik axtarışına çıxdıqları üçün bəzən çatışmayan pazzlların axtarışı onları mənşə ailələrinin sorağına aparır”.
Onun sözlərinə görə, ən acı ssenari isə axtarıb tapa bilməyən şəxslərlə baş verir:
“Tapanlar tapır (axtardığı bütün sualların cavabını). Məlumat əldə edə bilməyənlər isə ömrünü ana-ata axtarışında keçirir. Axtarışda olan şəxslərlə keçirilən müsahibələr zamanı onları narahat edən suallar əsasən "Arzuolunmayan uşaq olmuşammı?", "Valideynlərim düzgün yolun yolçuları olubmu?", "Müsəlman ailədə dünyaya gəlmişəmmi?" və s. kimi olub”.



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2024    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar