Sizin Reklam Burada
Xəbər lenti
31-08-2026
30-08-2026
BÜTÜN XƏBƏRLƏR

Azərbaycan istehsalı olan minatəmizləmə maşını ANAMA-ya verildi

Tarix: 04-09-2023 16:40     Baxış: 3350 A- / A+

Sahibkarlar tərəfindən Qarabağ Dirçəliş Fonduna “İmprotex” Şirkətlər Qrupunun istehsalı olan “Revival P” minatəmizləmə maşını ianə olunub.
Manevr.az xəbər verir ki, QDF tərəfindən həmin maşının Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinə (ANAMA) verilməsinə həsr olunan təqdimat mərasimi keçirilib.
Mərasimdə Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov, “İmprotex” Şirkətlər Qrupunun rəhbərliyi, QDF-in Müşahidə Şurasının üzvü, Milli Məclisin deputatı Fatma Yıldırım, Fondun tərəfdaşları və donorları, eləcə də media nümayəndələri iştirak ediblər.
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov işğaldan azad edilən ərazilərdə aparılan minatəmizləmə əməliyyatları ilə bağlı tədbir iştirakçılarına geniş məlumat verib.
Çıxışlardan sonra Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin fəaliyyətinə, eləcə də “Revival P” minatəmizləmə maşınına həsr olunan videoçarxlar nümayiş edilib.
Daha sonra “Revival P” minatəmizləmə maşınının sertifikatı ANAMA İdarə Heyətinin sədrinə təqdim olunub.
Sonra tədbir iştirakçıları “Revival P” minatəmizləmə maşını ilə tanış olublar.
Xatırladaq ki, daha öncə də Qarabağ Dirçəliş Fonduna donorlar tərəfindən müxtəlif təyinatlı texnikalar ianə edilib. Hazırda həmin texnikalar işğaldan azad edilən ərazilərdə aparılan bərpa və quruculuq işlərində geniş istifadə olunur.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar