Sizin Reklam Burada
Xəbər lenti
11-11-2025
10-11-2025
BÜTÜN XƏBƏRLƏR

“Hər an yenidən zəlzələ gözlənilir” - Qurban Yetirmişli

Tarix: 04-09-2023 10:18     Baxış: 4258 A- / A+
Ötən gün qeydə alınan yeraltı təkanlar təxminən 5 bal gücündə olub. Bu, dağıdıcı və ya fəlakət hadisə deyil. Normal standartlara uyğun inşa edilən binalar, evlər hətta 10 bal gücündə zəlzələyə də davamlı olmalıdır.
Manevr.az bildirir ki, bu sözləri Oxu.Az-a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) baş direktoru Qurban Yetirmişli deyib.

O bildirib ki, evləri, binaları standartlara uyğun tikmirlər, ona görə də yüngül yeraltı təkanlarda belə divarlarda çatlar yaranır:
“Kürdəmirdə və digər yerlərdə bəzi evlərdə çatlar olub. Bu normaldır, köhnə evlər, köhnə binalardır. Evin bər-bəzəyinə çoxlu pul tökürlər, fundamentinə diqqət etmirlər. O çatlar da olmalıdır. Ümumiyyətlə, yeraltı təkanlar 5-6 bal gücündə heç bir çatlara səbəb olmur. Əgər bina inşa ediləndə tikinti materialları, konstruktiv elementlərə düzgün riayət edilirsə, binalarda təxminən 10 bala qədər heç bir dağıntı ola bilməz. Seysmik ərazilər olduğu üçün zəlzələlər olacaq. Yüngül dalğalar yenə olacaq, gözlənilir. Amma heç bir fəlakət, dağıntılara səbəb olan zəlzələ gözlənilmir”.


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar