Sizin Reklam Burada
Xəbər lenti
07-09-2024
06-09-2024
BÜTÜN XƏBƏRLƏR

Gizir hazırlığı kursunun buraxılış mərasimi keçirildi - ŞƏKİL

Tarix: 02-09-2023 19:18     Baxış: 4231 A- / A+
Gizir hazırlığı kursunun buraxılış mərasimi keçirildi - FOTO
Milli Müdafiə Universitetinin nəznində fəaliyyət göstərən Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində Gizir hazırlığı kursunun növbəti buraxılış mərasimi keçirilib.
 
Manevr.az xəbər verir ki, əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
 
Hərbi orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
 
Milli Müdafiə Universitetinin rektoru professor, general-leytenant Heydər Piriyev çıxış edərək hərbi qulluqçuları salamlayıb. Məzunlara Vətənə sədaqətlə xidmət etməyi, tabeliklərində olan şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığının yüksəldilməsində məsuliyyətlə çalışmağı tövsiyə edib. Onları kursu uğurla başa vurmaları münasibətilə təbrik edib, gələcək xidmətlərində uğurlar diləyib.
 
Sonra Milli Müdafiə Universitetinin rektorunun müşaviri professor Talat Canbolat çıxış edərək hərbi təhsilin əhəmiyyətindən danışıb. Məzunlara təhsil müddətində yiyələndikləri bilik və bacarıqları gələcək xidmətlərində uğurla tətbiq etmələrini arzulayıb.
 
Tədbirdə kurs birincisi məzunlar adından çıxış edərək tədris müddətində göstərilən diqqətə görə Milli Müdafiə Universitetinin rəhbərliyinə və professor-müəllim heyətinə minnətdarlığını bildirib. Göstərilən etimadı xidməti fəaliyyətlərində doğruldacaqlarına söz verib.
 
Sonra sertifikatlar təqdim olunub, fərqlənən məzunlar qiymətli hədiyyələrlə mükafatlandırılıb.
 
Buraxılış mərasimi hərbi qulluqçuların tribuna önündən təntənəli keçidi ilə başa çatıb.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar