Sizin Reklam Burada
Xəbər lenti
13-11-2026
12-11-2026
BÜTÜN XƏBƏRLƏR

Həbsdən çıxan polkovnik yenidən məhkəməyə verildi - Azərbaycanda

Tarix: 31-08-2023 20:41     Baxış: 4525 A- / A+



Müdafiə Nazirliyinin keçmiş polkovniki Elnur Məmmədov yenidən məhkəməyə verilib.
Manevr.az xəbər verir ki, Müdafiə Nazirliyinin Hüquq İdarəsinin rəisi ədliyyə polkovniki Elçin Əliyev E.Məmmədova Cinayət Məcəlləsinin 148-ci (Təhqir) maddəsi ilə iş açılması ilə bağlı xüsusi ittiham qaydasında müraciət edib.
Şikayətə Yasamal Rayon Məhkəməsində hakim Rauf Daşdəmirovun sədrliyi ilə baxılacaq. İş məhkəməyə bu gün daxil olub və hələlik məhkəmə iclasının vaxtı təyin edilməyib.
Qeyd edək ki, Elnur Məmmədov ötən ay "Hürriyyət" qəzetinin baş redaktoru Vüqar Məmmədovla birgə həbs edilmişdi. Onlar İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci maddəsilə (internet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi, habelə belə informasiyanın yerləşdirilməsinin qarşısının alınmaması) təqsirli bilinərək məhkəmə qərarı ilə hər birinə 1 ay həbs cəzası verilmişdi. Bir neçə gün əvvəl isə hər iki şəxs həbsdən azadlığa çıxıblar.
Onu da qeyd edək ki, Elnur Məmmədov ehtiyatda olan polkovnikdir. O, ötən ilin oktyabrında 6 aylıq həbs olunmuşdu.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar