Sizin Reklam Burada
Xəbər lenti
11-11-2025
10-11-2025
09-11-2025
BÜTÜN XƏBƏRLƏR

Qeyri-sabit hava nə vaxtadək davam edəcək?

Tarix: 29-08-2023 19:55     Baxış: 3221 A- / A+

Qeyri-sabit hava şəraiti avqustun 30-dək davam edəcək, küləyin sürəti 20-23 m/s-dək güclənəcək.
Manevr.az xəbər verir ki, bu barədə Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev məlumat verib.
Onun sözlərinə görə, avqust ayının 29-u gecə saatlarında Bakıda və Abşeron yarımadasında, həmçinin bölgələrdə isə Daşkəsən, Gədəbəy, Goranboy, Gəncə və Böyük Qafqazın bəzi ərazilərində qeyri-sabit hava şəraiti müşahidə olunub:
"Belə ki, şimşək çaxıb, leysan xarakterli yağış yağıb. Bu gün günorta saatlarında Goranboy rayonunun bəzi kəndlərinə yağan intensiv leysan yağışları nəticəsində yamaclardan daxil olan yağış suları Gorançayın aşağı axınında sel əmələ gətirib.
Bu gün axşam saatlarında Bakıda və Abşeron yarımadasında yağış yağacağı, bəzi yerlərdə şimşək çaxacağı, bəzi yerlərdə isə leysan xarakterli yağış yağacağı, yarımadanın bəzi yerlərində şimal-qərb küləyinin 20-23 m/s-dək güclənəcəyi gözlənilir.
Bölgələrdə isə avqust ayının 30-dək qeyri-sabit hava şəraiti davam edəcək. Belə ki, yağış yağacağı, şimşək çaxacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli yağış yağacağı gözlənilir. Həmçinin şimal-şərq küləyinin bəzi yerlərdə 20-25 m/s-dək güclənəcək. Gözlənilən intensiv leysan yağışları ilə əlaqədar respublikanın dağ çaylarında, Böyük Qafqaz, Kiçik Qafqaz, eyni zamanda Lənkəran, Astara bölgəsi, o cümlədən Şərqi Zəngəzur və Qarabağ İqtisadi rayonunun ərazisindən axan bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi proqnozlaşdırılır"

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar