Xəbər lenti
Azərbaycan və Türkiyə orduları birgə təlimlər keçirəcək
Azərbaycan və Türkiyə orduları 2024-cü ildə birgə hərbi təlimlər keçirəcək.Manevr.az xəbər verir ki, bu məsələ müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevlə Bakıda rəsmi səfərdə olan Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Metin Gürakın görüşündə müzakirə olunub.
Qardaş ölkə ilə birgə keçirilən ikitərəfli və çoxmillətli təlimlərin hərbi qulluqçuların peşəkarlıq səviyyəsinin yüksəlməsinə müsbət təsir göstərdiyi xüsusi vurğulanıb.
Səmimi görüşə görə təşəkkürünü bildirən ordu generalı Metin Gürak Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi kimi ilk olaraq Azərbaycana rəsmi səfərindən məmnunluğunu bildirib. Ordu generalı M.Gürak Azərbaycan və Türkiyə hərbçilərinin iştirakı ilə cari ildə və 2024-cü ildə keçirilməsi planlaşdırılan birgə tədbirlərin əhəmiyyətini qeyd edib.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































