Xəbər lenti
"TikTok"da trend olan saç yağı zərərli imiş
"TikTok"da saçların böyüməsi üçün rozmarin yağından istifadə edən yeni gözəllik trendi populyarlıq qazanıb".Manevr.az xəbər verir ki, "The Daily Mail"in verdiyi məlumata görə, sosial şəbəkədə bir çox ekspert və həkimlər bunu etməyi məsləhət görürlər.
Lakin dermatoloq Vanita Rattanın nəşrə verdiyi açıqlamada bildirib ki, efir yağının istifadəsi saçların qırılmasına və baş dərisinin iltihabına səbəb ola bilər.
"Vaxtında müalicə olunarsa baş dərisindəki iltihab bir neçə aydan sonra keçə bilər, amma bu, saçların daha yavaş böyüməsinə səbəb olacaq. Ona görə də bu yağlardan istifadə etməyə dəyməz", - dermatoloq qeyd edib.
Həkim xəbərdarlıq edir ki, efir yağları dermatitə səbəb ola bilər. "Efir yağları quru dəriyə və saçları sağlam saxlamaq üçün lazım olan kritik protein olan kollagenə zərər verən sərbəst radikalların meydana gəlməsinə kömək edə bilər", - deyə Ratta bildirib.(Bizimyol.info)
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər


Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































